"Sülh prosesi Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir"


Siyasət 06 İyl 2025 12:35:00 75 0

"Sülh prosesi Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir"

Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında aparılmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu "Mundo Internacional" jurnalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Biz Ermənistanla sülh müqaviləsi bağlamağa heç vaxt bu qədər yaxın olmamışıq. Azərbaycan davamlı və dönməz sülhə nail olmağa tam sadiqdir. Prezident İlham Əliyev bu tarixi fürsətdən istifadə etmək üçün güclü əzm nümayiş etdirir", - deyə o bildirib.

E.Əmirbəyov qeyd edib ki, Vətən Müharibəsi başa çatdıqdan sonra biz mühüm irəliləyişlərə nail ola bilmişik.

"Azərbaycan öz əraziləri üzərində nəzarəti bərpa edib və bu, regionun geosiyasi mənzərəsini dəyişib. Bu gün torpağımızda artıq xarici qoşunlar yoxdur və bu, dialoq üçün əlverişli şərait yaradıb.

Sülh müqaviləsinin əsasını təşkil etməli olan beş əsas prinsipi məhz biz təklif etdik. Ermənistan bu prinsipləri qəbul etdi və iki ildən artıqdır ki, hər iki ölkənin xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərimiz mətnin hazırlanması üzərində işlədilər. Bu ilin martında biz elan etmişdik ki, müqavilə layihəsi son variantda razılaşdırılıb", - deyə o bildirib.

E.Əmirbəyov vurğulayıb ki, saziş tərəflərin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı olaraq tanımaq, mövcud və ya gələcək ərazi iddialarından imtina etmək öhdəliyini öz üzərinə götürdüyünü nəzərdə tutur.

"Ermənistan siyasi hazırlığına baxmayaraq, hüquqi maneə ilə üzləşir: onun Konstitusiyasında hələ də Azərbaycanın Qarabağ bölgəsinin birləşdirilməsinə dair müddəa var ki, bu da müqavilənin müddəaları ilə uyğun deyil. Biz Ermənistan hakimiyyətinə izah edirik ki, bu konstitusiya normasına dəyişiklik edilməlidir ki, ölkədə gələcək hakimiyyət dəyişikliyi onun əsasında münaqişənin yenidən başlanmasına səbəb olmasın. Biz gələcək nəsillərin yenidən müharibə ilə üzləşməsinə icazə verə bilmərik.

İkincisi, biz təkid edirik ki, bu proses müstəsna olaraq Ermənistan və Azərbaycanın rəhbərliyi altında aparılmalıdır. Beynəlxalq vasitəçilik artıq tələb olunmur. Bu baxımdan, biz ATƏT-in Minsk Qrupu kimi köhnəlmiş strukturları və 1990-cı illərdə yaradılmış və nəzərəçarpacaq nəticə verməyən digər platformaları ləğv etməyə çağırırıq. 2020-ci ildən sonra bu formatlar öz aktuallığını itirib və faktiki olaraq fəaliyyətsizdir", - deyə o bildirib.

E.Əmirbəyov qeyd edib ki, bu iki maneə aradan qaldırılarsa, tərəflər sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyə biləcəklər.

"İndi top Ermənistan hökumətinin tərəfindədir. Davamlı və dönməz sülh mümkündür, lakin bunun üçün cəsarətli və uzaqgörən qərarlar tələb olunur", - deyə o əlavə edib.

Suriya kəşfiyyatında yeni GÜC: Əhməd Dalati like
  • 06 İyl 12:24  
Dünya Suriya kəşfiyyatında yeni GÜC: Əhməd Dalati

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya siyasi səhnəsində ön

arrow Ətraflı
Muhittin Böcek həbs olundu like
  • 06 İyl 12:23  
Digərləri Muhittin Böcek həbs olundu

Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya

arrow Ətraflı
Taleh Yüzbəyovun xanımı: “Boşanma qərarı almışıq, 12 gün ayrı...” like
  • 06 İyl 12:12  
Şou-biznes Taleh Yüzbəyovun xanımı: “Boşanma qərarı almışıq, 12 gün ayrı...”

Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı maraq etiraf edib. 

arrow Ətraflı
Hunday sürücüsünün halı pisləşdi  maşın beton arakəsməyə ÇIRPILDI like
  • 06 İyl 12:11  
Digərləri Hunday sürücüsünün halı pisləşdi maşın beton arakəsməyə ÇIRPILDI

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığın

arrow Ətraflı
"Trampla ən yaxşı telefon danışığım oldu" like
  • 06 İyl 12:02  
Dünya "Trampla ən yaxşı telefon danışığım oldu"

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ Prezidenti Donald Tramp

arrow Ətraflı
Vanqadan 2025ci il üçün ən dəhşətli like
  • 06 İyl 11:51  
Dünya Vanqadan 2025ci il üçün ən dəhşətli

O, bu ilin bəşəriyyətin məhvinə səbəb olacaq hadisələrin başlayacağ�

arrow Ətraflı
Bred Pitt indi "başına döyür": like
  • 06 İyl 11:30  
Şou-biznes Bred Pitt indi "başına döyür":

Ancelina Colidən boşanma Bred Pittin həyatında dərin iz buraxıb. Belə gö

arrow Ətraflı
Türkiyəli yazıçı saxlanıldı like
  • 06 İyl 11:20  
Şou-biznes Türkiyəli yazıçı saxlanıldı

Türkiyəli jurnalist, yazar Timur Soykan saxlanılıb.

arrow Ətraflı
ABŞdə daşqınlarda ölənlərin sayı ARTDI like
  • 06 İyl 11:13  
Dünya ABŞdə daşqınlarda ölənlərin sayı ARTDI

ABŞ-nin Texas ştatında güclü yağışların və Qvadalupe çayının daşma

arrow Ətraflı
İcra başçısının keçmiş müavini vəfat etdi  FOTO like
  • 06 İyl 11:04  
Digərləri İcra başçısının keçmiş müavini vəfat etdi FOTO

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının sabiq müavini Kamal Aşurov

arrow Ətraflı
ABŞ qırıcıları Trampın qolf klubu üzərində like
  • 06 İyl 10:45  
Dünya ABŞ qırıcıları Trampın qolf klubu üzərində

İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri p

arrow Ətraflı
"Təranə həbsdə olaola məni polisə verdi" like
  • 06 İyl 10:35  
Şou-biznes "Təranə həbsdə olaola məni polisə verdi"

"Təranə düzəlməyəcək, buna başımla əminəm"

arrow Ətraflı
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir  möcüzəvi FAYDALARI like
  • 06 İyl 10:25  
Digərləri Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir möcüzəvi FAYDALARI

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və fayda

arrow Ətraflı
Məşhur aktyor xərçəngdən ÖLDÜ like
  • 06 İyl 10:18  
Şou-biznes Məşhur aktyor xərçəngdən ÖLDÜ

Avstraliyalı aktyor Culian Makmahon vəfat edib.

arrow Ətraflı