Ərdoğan Ermənistan və Azərbaycanın imzalayacağı sülh müqaviləsindən danışdı
Dünya 05 İyl 2025 14:52:00 89 0
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.
Bu xəbəri də oxu: "Yeni Vanqa"nın proqnozu dünyanı dəhşətə gətirdi: 5 iyul 2025ci il
Son.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür.
"Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq", - deyə o vurğulayıb.
Ərdoğan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir.
Bundan əlavə, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək:
"Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq". /Apa
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə apardığı d

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm

Mövsümə görə Bakı və rayonlarda hovuzlu villaların qiyməti "alış

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insan

Analara ən bağlı olan 4 kişi bürcü var və bu bürclərə aid kişilər an

Şəkidə "Mersedes" və "Ford Tranzit" markalı yük avtomo

Müğənni Arzu Mirzəyeva ilə aparıcı Zaur Nəbioğlunun efirdə mübahisəs

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin f

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davran

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.

Avstraliyalı model Alicia Davis mütəmadi olaraq ona günəş kremi sürəcək

Bu gün səhər saatlarında Bakının "Neftçilər" metrostansiyasın

Astrologiyaya görə bəzi bürclər təbii liderlikləri və cazibədar enerjil

İspaniyanın Mayorka adasındakı Palma hava limanında Ryanair təyyarəsində

ABŞ Prezidenti Donald Tramp xərclər və vergiyə dair genişmiqyaslı qanunu
