DİM 393 abituriyentin yazı işinə düzəliş etdi ŞİKAYƏT


Digərləri 03 İyl 2025 22:56:00 101 0

DİM 393 abituriyentin yazı işinə düzəliş etdi  ŞİKAYƏT

25 may və 1 iyun 2025-ci il tarixlərində keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 1959 abituriyent 3298 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün müraciət edib.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib. Qeyd edək ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə (//apelyasiya.dim.gov.az/) daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Apellyasiya prosesinin başa çatması ilə bağlı abituriyentlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə "sms" məlumat da göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər 4 iyul 2025-ci il tarixində gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər. Son.az  

"Kill Bill"in aktyoru vəfat etdi like
  • 03 İyl 22:40  
Şou-biznes "Kill Bill"in aktyoru vəfat etdi

"Kill Bill" və "Reservoir Dogs" filmlərinin ulduzu Maykl M

arrow Ətraflı
Tacir Şahmalıoğluna 80 minlik saat hədiyyə ediblər like
  • 03 İyl 22:30  
Şou-biznes Tacir Şahmalıoğluna 80 minlik saat hədiyyə ediblər

Müğənni Tacir Şahmalıoğlu saatı ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar like
  • 03 İyl 22:13  
Siyasət Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkis

arrow Ətraflı
Paşinyan yenə II Qaregini istefaya çağırdı like
  • 03 İyl 21:53  
Digərləri Paşinyan yenə II Qaregini istefaya çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bütün erməniləri

arrow Ətraflı
Bu sahələrdə işçi çatışmır like
  • 03 İyl 21:39  
Digərləri Bu sahələrdə işçi çatışmır

Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı va

arrow Ətraflı
Cənubi Koreyada yeni baş nazir təyin edildi like
  • 03 İyl 21:24  
Dünya Cənubi Koreyada yeni baş nazir təyin edildi

Yonhap News agentliyinin verdiyi xəbərə görə, Cənubi Koreya parlamenti cü

arrow Ətraflı
Əsir və girovlarımızın başına nələr gətirilib? like
  • 03 İyl 21:07  
Siyasət Əsir və girovlarımızın başına nələr gətirilib?

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb  FOTO like
  • 03 İyl 20:50  
Digərləri "Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb FOTO

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə kü

arrow Ətraflı
Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... like
  • 03 İyl 20:33  
Digərləri Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur...

Bakının müxtəlif ərazilərində kanalizasiya "lyuk"larına aid pr

arrow Ətraflı
Hava bu tarixdə düzələcək like
  • 03 İyl 20:19  
Digərləri Hava bu tarixdə düzələcək

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
"SputnikAzərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib like
  • 03 İyl 20:10  
Digərləri "SputnikAzərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəf�

arrow Ətraflı
İsrail Ordusu Suriyada əməliyyat keçirdi: Bir neçə terrorçu saxlanıldı like
  • 03 İyl 19:35  
Dünya İsrail Ordusu Suriyada əməliyyat keçirdi: Bir neçə terrorçu saxlanıldı

İsrail Ordusu Suriyanın cənubunda keçirdiyi əməliyyat zamanı bir neçə t

arrow Ətraflı
Qışda yemək üçün giləmeyvəni necə donduraq? like
  • 03 İyl 19:22  
Digərləri Qışda yemək üçün giləmeyvəni necə donduraq?

Qışda da təzə kimi dadlı və vitaminli giləmeyvələrdən istifadə etmək

arrow Ətraflı
Tolikdən övladının anası ilə bağlı suala cavab like
  • 03 İyl 19:09  
Şou-biznes Tolikdən övladının anası ilə bağlı suala cavab

Prodüser Tarix Əliyev övladının anası ilə bağlı yazılanlara cavab veri

arrow Ətraflı