“Rusiyanı vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağırırıq” XİN
Siyasət 02 İyl 2025 20:13:00 55 0
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.
Bu xəbəri də oxu: İlham Əliyev sosial şəbəkə hesablarında özbəkistanlı həmkarıyla görüşü ilə bağlı paylaşım edib
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiya Səfirliyinin 2 iyul tarixli bəyanatları ilə bağlı şərhində deyilir.
"Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən "Sputnik-Azərbaycan" filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb.
Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.
Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib.
Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq", - XİN rəsmisi qeyd edib.
Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.

Rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin sabiq v

Uqanda ordusunun yaydığı rəsmi məlumata görə, Somalinin paytaxtı Moqadi�

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köm�

Xaçmaz rayonunun Qadaşoba kəndində 15 yaşlı yeniyetmənin anasını qətl

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə

Müğənni Gülbən Ərgən Türkiyədəki qiymətlərdən gileylənib.

Əksər insanlar yumurtanı qaynadıqdan sonra suyunu heç düşünmədən kanal

Britaniyalı qadın üç yaşlı oğlunun iki ildir yemək yemədiyini bildirib.

İspaniyanın Miguel Hernandez Universitetinin və ABŞ-ın St. Cud Uşaq Araşd

Qədim heyvanların izləri onların hərəkət sürətini qiymətləndirmək ü

Günəş sistemində ölçüsünə görə ikinci planet olan Saturn həm də gö
