Vardanyanın məhkəməsi davam etdirilib


Siyasət 01 İyl 2025 18:38:00 60 0

Vardanyanın məhkəməsi davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 1-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edib. Bildirib ki, iyunun 23-də məhkəmə kollegiyası protokolla tanış olmaq üçün ona və təqsirləndirilən şəxsə şərait yaradıb və onlar cari il fevralın 13-də və 17-də keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər. Müdafiə tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarların çıxarışının da onlara verilməsini xahiş edib.

Təsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiə edib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisi hansı sənədlərlə tanış olmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə də əvvəl olduğu kimi, şərait yaradılacaq.

Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınmış qardaşı Absaləddin Köklərov ifadə verib. O, qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını, 5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib.

Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladı Hacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperlə vurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib.

Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər də yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində o və yanındakı bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub.

Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığını söyləyib.

Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarətlər aldığını deyib.

İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdan açılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ də davam etdiyini diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həmin vaxt Toğrul Osmanlının və Altay Əhədovun da düşmən atəşi nəticəsində xəsarət aldıqlarını söyləyib.

Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərə görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib.

Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəş nəticəsində xəsarət aldığını deyib.

Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində sol ayağından yaralandığını söyləyib.

Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşi nəticəsində yaralandığını vurğulayıb.

Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, Aydın Tanrıvediyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o, Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində xəsarət alıb.

Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış "Faqot" tank əleyhinə idarə olunan raketin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeyd edib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev və Elnur Kərimov həlak olublar.

Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində xəsarətlər aldığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarını söyləyiblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur. Son.az

USAİD bağlandı like
  • 01 İyl 18:15  
Dünya USAİD bağlandı

ABŞ dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID)

arrow Ətraflı
Bu toyda 6.5 milyon pul yığıldı  5 min qonaq...  FOTO like
  • 01 İyl 18:10  
Digərləri Bu toyda 6.5 milyon pul yığıldı 5 min qonaq... FOTO

Türkiyənin Van şəhərində geniş müzakirələrə səbəb olan dəbdəbəli

arrow Ətraflı
Azərbaycanlı müğənninin konsertinə 200 min insan gəldi  VİDEO like
  • 01 İyl 17:44  
Şou-biznes Azərbaycanlı müğənninin konsertinə 200 min insan gəldi VİDEO

Rusiyada yaşayıb, fəaliyyət göstərən azərbaycanlı müğənni Coni (Cahi

arrow Ətraflı
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş like
  • 01 İyl 17:43  
Kriminal İlqar Mustafayev bu şəxslərlə əlbir imiş

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsin fəaliyyəti

arrow Ətraflı
Tanınmış azərbaycanlı rəssam vəfat etdi like
  • 01 İyl 17:36  
Kriminal Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat

arrow Ətraflı
Qohum evliliyinə qarşı ciddi mübarizə: Azyaşlıların kəbinini kəsən mollalara ağır cəza gəlir! like
  • 01 İyl 17:35  
Digərləri Qohum evliliyinə qarşı ciddi mübarizə: Azyaşlıların kəbinini kəsən mollalara ağır cəza gəlir!

Xəbər verdiyimiz kimi, bu gündən qohum evliliyi ilə bağlı qadağa qüvvə

arrow Ətraflı
"Sputnik Azərbaycan”ın əməkdaşlarının məhkəmələri keçiriləcək like
  • 01 İyl 17:34  
Kriminal "Sputnik Azərbaycan”ın əməkdaşlarının məhkəmələri keçiriləcək

Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində saxlan

arrow Ətraflı
Donald MakDonald vəfat etdi  FOTO like
  • 01 İyl 17:27  
Şou-biznes Donald MakDonald vəfat etdi FOTO

Avstraliyanın tanınmış aktyoru, teleaparıcısı və ssenaristi Donald MakDo

arrow Ətraflı
Attestasiya imtahanından keçməyən incəsənət müəllimlərinə ikinci şans veriləcək! like
  • 01 İyl 17:26  
Digərləri Attestasiya imtahanından keçməyən incəsənət müəllimlərinə ikinci şans veriləcək!

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin taleyinə aydınlıq

arrow Ətraflı
Türkiyəli məşhur iş adamı öldü like
  • 01 İyl 17:16  
Digərləri Türkiyəli məşhur iş adamı öldü

Altınbaş Universitetinin Qurucu Mütəxəssislər Şurasının sədri və Alt�

arrow Ətraflı
“Ən ağır dövrüm ərdə olan vaxtlarım idi” like
  • 01 İyl 17:06  
Şou-biznes “Ən ağır dövrüm ərdə olan vaxtlarım idi”

İnfluenser Aynişan Quliyeva etirafı ilə diqqət çəkib.

arrow Ətraflı
Ayxan Hacızadədən Mixail Şvıdkoya CAVAB like
  • 01 İyl 17:03  
Siyasət Ayxan Hacızadədən Mixail Şvıdkoya CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ay

arrow Ətraflı
MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı! like
  • 01 İyl 16:55  
Digərləri MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!

Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər "Ziraat B

arrow Ətraflı
Nazirlik sertifikatlaşdırmada qayda pozuntularına sərt reaksiya verdi like
  • 01 İyl 16:53  
Digərləri Nazirlik sertifikatlaşdırmada qayda pozuntularına sərt reaksiya verdi

İyunun 20-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya

arrow Ətraflı
Sabahdan hava korlanır  bu tarixədək yağış yağacaq like
  • 01 İyl 16:51  
Digərləri Sabahdan hava korlanır bu tarixədək yağış yağacaq

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə son

arrow Ətraflı