Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyən edildi
Siyasət 01 İyl 2025 16:23:00 82 0
Azərbaycanda tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar müəyyən edilib.
Bu xəbəri də oxu: “Sputnik Azərbaycan”ın Bakıda həbs olunan icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan edildi
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Belə ki, sənədə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 142.1 və 142.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali

İyunun 26-da Göyçayda "VAZ-2107" markalı avtomobillə motosikle

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yaranan gərginlik f

Nijni Novqorod vilayətində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 ti

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müdd

Sosial şəbəkədə Bakıda qeydə alınan yol qəzası videosu yayılıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzit

Sabah Salyan rayonunun bir kəndinin qaz təchizatı dayandırılcaq.

Artıq Rusiyaya səfər etmək elə də asan məsələ deyil.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov iyunun 2

Aktyor Yücel Erten İzmir Böyükşəhər Bələdiyyəsinin keçirdiyi əməliy

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerlə�

"Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb".
