Sevil Mikayılova Yunanıstanda keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 296cı sessiyasında iştirak edib
Siyasət 30 İyn 2025 22:50:00 87 0
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Yunanıstanda keçirilən IPU-un 296-cı sessiyası çərçivəsində təşkil olunan müzakirələrdə iştirak edib.
Bu xəbəri də oxu: Türk “Polad Qübbə”si: müstəqilliyin dəmir sipəri
Son.az Trend-ə istinadən xəbər verir ki, sessiya zamanı IPU-un dünya üzrə böhran vəziyyətlərinə cari cavab mexanizmləri nəzərdən keçirilib.
İştirakçılar təşkilatın münaqişələrin qarşısının alınması, sülh quruculuğu, vasitəçilik, humanitar fəaliyyət və konstitusiya quruluşunun bərpası kimi sahələrdə fəaliyyətini gücləndirmək məqsədilə mümkün mexanizmləri və formatları müzakirə ediblər.
Müzakirələr zamanı çıxış edən Sevil Mikayılova bildirib ki, böhran və münaqişələrə səbəb ola biləcək müddəaların aradan qaldırılması üçün milli parlamentlərin mövcud qanunvericilik aktlarına yenidən baxması tövsiyə olunmalıdır. "Məsələn, elə ölkələr var ki, onların qanunlarında, hətta konstitusiyalarında başqa dövlətlərə qarşı ərazi iddiaları mövcuddur", - deyə o, vurğulayıb.
Sessiyada həmçinin IPU-un Nizamnaməsinə və Qaydalarına dəyişikliklərin vəziyyəti, yeni müddəaların tətbiqi və hələ də açıq qalan məsələlər müzakirə olunub.
Komitə Parlament Sədrlərinin 6-cı Ümumdünya Konfransına və Parlament Sədrlərinin 15-ci Qadın Sammitinə hazırlıq prosesi barədə də məlumat əldə edib.
İclasın gündəliyinə həmçinin hazırkı Strategiyanın qiymətləndirilməsi və 2027-2031-ci illəri əhatə edəcək yeni IPU-un Strategiyasının hazırlanması planları daxil edilib.
Qeyd edək ki, IPU-nun 296-cı sessiyası 28 iyun - 1 iyul tarixlərində keçirilir. Son.az
Müğənni Əlikram Bayramov həyat yoldaşı Tünzalə xanımdan danışıb.

Azərbaycan Milli QHT Forumu Rusiyada azərbaycanlıların etnik mənsubiyyətin

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmı�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş ver

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınl

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

21:07 Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti

Bu sadə üsul başınızı daha az yumağa imkan verir, vaxta qənaət edir və

Bakı Piano Festivalı 2025-də dünya şöhrətli pianoçu və bəstəkar Mayk

Rusiyada qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların nəşi yenidə

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən

İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" tərəfindən bu

Bakının Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birin

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kl
