Hərbi bileti olmayan şəxslərin nəzərinə


Digərləri 30 İyn 2025 19:02:00 75 0

Hərbi bileti olmayan şəxslərin nəzərinə

Bəzi iş yerlərində hərbi biletin olmaması şəxsin işə qəbul prosesində maneə yarada bilər. Bəs hərbi bileti olmayan şəxslər hansı işlərdə çalışa bilməzlər?

Hərbi ekspert Üzeyir Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, hərbi bileti olmayan şəxslərlə bağlı iki əsas kateqoriya mövcuddur. Birinci kateqoriyaya hərbi xidməti keçmiş, lakin hansısa səbəbdən hərbi bileti olmayan şəxslər daxildir. İkinci kateqoriya isə ümumiyyətlə, hərbi xidmət keçməyən, yəni hərbi bileti olmayan şəxslərdir:

"Azərbaycanda əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir və işə qəbul zamanı tələb olunan sənədlər arasında hərbi xidmət keçilməsini təsdiq edən sənəd - ya hərbi bilet, ya da rəsmi arayış olmalıdır. Bu sənədlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, DOST mərkəzləri və ASAN xidmət kimi orqanların məlumat bazalarında əks olunur. Hərbi bileti olmayan şəxslər, xüsusilə hüquq-mühafizə orqanlarında işləyə bilməzlər".

Ekspertin sözlərinə görə, bəzi hallarda bu qaydaların pozulduğu müşahidə olunur:

"Məsələn, hərbi xidmət keçməyən şəxslərin yüksək vəzifələrdə çalışması, hətta alim adı daşıması halları mövcuddur. Hətta bəzi tanınmış şəxslərin hərbi xidmətdən yayınması ilə bağlı mətbuatda yazılar dərc olunub və həmin məlumatlar təkzib olunmayıb. Halbuki, hərbi bileti və ya rəsmi arayış bu cür iddialara ən sadə və rəsmi cavab ola bilərdi. Əslində, hərbi xidmət vətəndaşın Konstitusiya ilə müəyyən olunmuş borcudur. Bu borcu yerinə yetirməyən şəxsin dövlətə rəhbərlik etməsi, nazir və ya deputat kimi vəzifə tutması yolverilməzdir. Belə şəxslər cəmiyyətə nümunə ola bilməz. Türkiyə nümunəsində olduğu kimi, Azərbaycanda da hər bir vətəndaş hərbi xidmətdən keçməlidir və bu şərt dövlət strukturlarında karyera üçün vacib olmalıdır. Təəssüflər olsun ki, bəzən hərbi xidmətdə iştirak etməyən şəxslərin saxta yollarla hərbi bilet və hətta müharibə veteranı statusu əldə etdiyi hallara da rast gəlinir. Bu, acı bir reallıqdır və qarşısı alınmalıdır".

Ü.Cəfərov Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və digər aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Ekspert deyib ki, hərbi xidmətdə olmayan şəxslərin dövlət vəzifələrində çalışmasının qarşısı sistemli şəkildə alınmalıdır.  

Məşhur aktrisa 50 milyonluq toyu tənqid etdi: "Onlar zibil kimidir" like
  • 30 İyn 19:00  
Şou-biznes Məşhur aktrisa 50 milyonluq toyu tənqid etdi: "Onlar zibil kimidir"

Məşhur aktrisa Şarliz Teron milyarder Ceff Bezos və jurnalist Loren Sançesi

arrow Ətraflı
Bakıda 50 min manat dəyərində naqil oğurlandı like
  • 30 İyn 18:51  
Kriminal Bakıda 50 min manat dəyərində naqil oğurlandı

Nəsimi və Sabunçu rayonlarında oğurluq edən 4 şəxs saxlanılıb.

arrow Ətraflı
Yekaterinburqda döyülən Gənciyev yeriyə bilmir  VİDEO like
  • 30 İyn 18:19  
Digərləri Yekaterinburqda döyülən Gənciyev yeriyə bilmir VİDEO

Yekaterinburqda saxlanılan Əhliman Gənciyev barəsində 72 saatlıq həbs q�

arrow Ətraflı
Deputat: Sülh sazişi üçün son maneələr aradan qaldırılmalıdır like
  • 30 İyn 18:05  
Siyasət Deputat: Sülh sazişi üçün son maneələr aradan qaldırılmalıdır

Həqiqətən də, son bir il ərzində Ermənistan və Azərbaycan arasında dav

arrow Ətraflı
1 dəqi̇qəli̇k fi̇lm çək, yeni̇ smartfon əldə et! like
  • 30 İyn 18:02  
Digərləri 1 dəqi̇qəli̇k fi̇lm çək, yeni̇ smartfon əldə et!

Park Cinema Hollivudun tamamilə smartfona çəkilmiş ilk filmi olan "28 i

arrow Ətraflı
"Oyuncaq" filminin 90 yaşlı ulduzu illər sonra like
  • 30 İyn 18:00  
Şou-biznes "Oyuncaq" filminin 90 yaşlı ulduzu illər sonra

Fransız kinosunun əfsanəvi aktyoru Pyer Rişar yenidən diqqət mərkəzinə

arrow Ətraflı
İlk dəfə olaraq  Azərbaycanda “Baku Flow” adlı beynəlxalq breykdans çempionatı keçiriləcək like
  • 30 İyn 17:57  
Kriminal İlk dəfə olaraq Azərbaycanda “Baku Flow” adlı beynəlxalq breykdans çempionatı keçiriləcək

İlk dəfə olaraq, günəşli Azərbaycanın paytaxtında "Azerbaijan Danc

arrow Ətraflı
DİN "Sputnik Azərbaycan"da araşdırmalara başladı like
  • 30 İyn 17:54  
Digərləri DİN "Sputnik Azərbaycan"da araşdırmalara başladı

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("

arrow Ətraflı
BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb like
  • 30 İyn 17:52  
Dünya BMT Fransa polisinin zorakılığını gündəmə gətirdi: Ölüm halları artıb

BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarş�

arrow Ətraflı
Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır like
  • 30 İyn 17:45  
Siyasət Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərb

arrow Ətraflı
Şahbaz Şərif Azərbaycana gələcək like
  • 30 İyn 17:42  
Siyasət Şahbaz Şərif Azərbaycana gələcək

Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük r�

arrow Ətraflı
19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır? like
  • 30 İyn 17:40  
Dünya 19 yaşlı Abdullayevi güllələyən polis indi haradadır?

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam t�

arrow Ətraflı
Paul Johannes Rossmann’ın rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestri konserti baş tutub  FOTO like
  • 30 İyn 17:38  
Kriminal Paul Johannes Rossmann’ın rəhbərliyi ilə Azərbaycan Dövlət Kamera Orkestri konserti baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
Azərbaycan səfiri Rusiya XİNə çağırılıb like
  • 30 İyn 17:37  
Siyasət Azərbaycan səfiri Rusiya XİNə çağırılıb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyin

arrow Ətraflı
ABŞ hərbçiləri üz qırxmağa görə ordudan qovulacaqlar like
  • 30 İyn 17:30  
Dünya ABŞ hərbçiləri üz qırxmağa görə ordudan qovulacaqlar

ABŞ ordusunda saqqal saxlamaqla bağlı qaydalar sərtləşdirilib.

arrow Ətraflı