Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
Digərləri 30 İyn 2025 02:02:00 80 0
Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.
Bu xəbəri də oxu: Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım"
Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:
"Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər. Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır".
E.Muradlının sözlərinə görə, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:
"Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.
Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur".
ABŞ-da aparılan genişmiqyaslı araşdırmaya görə, valideynləri beş yaş�

Ulduzlar yaxın günlərdə bəzi bürclərin gözləmədiyi müjdələrlə qar�

"Almaniyada qulluq etmişəm. Orada məni saxlayırdılar, böyük məblə�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Estoniyanın təhsil naziri Kristina Kallas bir müsahibə zamanı məktəb səv

Son illərdə Rusiyada baş verən ictimai-siyasi hadisələr, xüsusilə miqran

Dünyada qadınlar arasında uşaqlıq boynu xərçəngi artır... Eləcə də �

İki nəfər Qax sakininə it hücum edib.

"Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıql

Rusiyanın "Azərbaycan diasporu" adlı saxta teleqram kanalında &quo

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlılardan biri �

Rusiyada şovinizm dövlət siyasətinin tərkib hissəsidir.

Ən yaxşı yuxu pozası insanın sağlamlıq vəziyyətinə, yaşına və ehtiy

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.
