Prezident Polşanın yeni səfirinin etimadnaməsini qəbul etdi FOTO
Siyasət 27 İyn 2025 11:17:00 73 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
Bu xəbəri də oxu: İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib FOTO
Son.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxundu. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd etdi.
Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş etdi.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirdi və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edildi.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
ABŞ İranı masaya qaytarmaq üçün 30 milyard dollarlıq yardım planı hazı

Sivasın Ulaş rayonunda baş verən 3,9 bal gücündə zəlzələdən sonra tan

Rusiya Prezidenti Vladimir Putin hələ də Ukrayna və Avropa ölkələrinə t�

"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard&

"Məni alan heç vaxt aldanmaz, sanki cekpot udub, çünki hərtərəfli q�

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin çıxışı z

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqla

24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bart

Manikürü qadının vizit kartı adlandırmaq olar, çünki səliqəli dırnaql

Model və müğənni Afaq Aslan uzun aradan sonra paylaşımları ilıə diqqət

Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbu

Müğənni Sevinc Ağaşirinova paylaşımı ilə diqqət çəkib. Son.az x�

Britaniyalı həkim Maykl Mosli azərbaycanlıların da sevimli tərəvəzlərin

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.
