"Məhərrəm ayında toy etmək insanların öz seçimidir, amma..."
Digərləri 26 İyn 2025 16:28:00 67 0
"Bunu ortadan çıxarsan, onda şiəlik tamamilə dağılar"
Bu xəbəri də oxu: Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
"İslamın heç bir əsas kitabında Məhərrəm ayında toyun olmaması barədə qeyd yoxdur. Bu, ancaq şiələrə mənsub adətdir. Məhərrəm ayı digər müsəlman ölkələrində Azərbaycandakı, İrandakı, Livandakı, İraqdakı kimi qeyd olunmur. Onlarda toy da, şənlik də olur. Məhərrəm ayında yas tutmaq şiəliyin əsasını təşkil edir. Bunu ortadan çıxarsan, onda şiəlik tamamilə dağılar. Şiəliyə inanan heç kim buna görə də bu adəti pozmaq istəmir. Ərəb ölkərində Məhərrəm ayında toylar, şənliklər keçirilir. Onlar şiəliyi özünə dinin bir məzhəbi kimi götürən başqa xalqların adətlərinə qarışmırlar. Kim toy etmək istəyirsə, etsin, kim istəmirsə, etməsin. Bu, insanların seçimidir, amma Məhərrəm ayında toy etməyə dinimizdə qadağa yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.
""Qurani-Kərim" hazırlanıb çap olunandan sonra, iki yüzə qədər səhih hədis ortaya çıxdı. Onlara baxanda görürük ki, Məhərrəm ayına aid adət-ənənələrin, İmam Hüseynin şəhadətinə aid mərhələlərin heç biri yoxdur. Məhərrəm ayında əməl edilən adət-ənənələr İslamdan xeyli sonra əmələ gəlib. Bu da İranın ərəb aləmindən ayrılıb, özünü dövlət kimi formalaşdırması ilə bağlıdır. Bilirik ki, İslamda millət yoxdur, ümmət, ümumi müsəlman icması var. Buna görə də millət də, millətçilik də formalaşmır. XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən şiəlik farsların ideologiyası kimi götürüldü, farsların millət kimi formalaşmasında ciddi rol oynadı. Şiəliyin əsasını təşkil edən İmam Hüseynin şəhadətidir. Bu, şiəliyin görünən tərəfidir, amma əsasən, İmam Əlindən başlayırlar. Sonradan isə Hüseynin şəhadəti insanları daha da cəlb edir və onların şüuruna artıq yeridilib. Yüz milyondan çox insan var ki, şiəliyə inanır. Müsəlmanların, təxminən, on faizi şiələrdir və bu adəti götürüblər, yəni öz ideologiyalarıdır. Beləcə, Məhərrəm ayında keçirdikləri mərasimlərə də inanırlar", - professor bildirib.
Yeni Zelandiyadan olan məşhur müğənni Lord Nyu-Yorkun Vaşinqton Skver Park

Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümay

"Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına m�

Rusiya ilə Litva arasında müharibə olacağı təqdirdə Baltikyanı ölkəni

Müğənni Əminə Şirin aparıcı Zaur Nəbioğlunun sualına əsəbiləşi

İsrailin İrana 12 günlük hücumu nəticəsində öldürülən İran Silahlı

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə

Astroloqların son proqnozlarına görə, bəzi bürclər yaxın günlərdə əh

İranın Ali Rəhbəri Əli Xamenei xalqı İsraillə münaqişədə qazandığ�

Foto model və müğənni Müjgan Ayxanın açıqlaması birmənalı qarşılanm

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

Ağdaşın Xınaxlı kəndində baş verən yanğın qəbiristanlığa da keçib

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölg

Tibbi sığorta şirkətini aldadaraq pul əldə etmək istəyən tayvanlı hər
