Yay mövsümündə boğaz ağrısı problemi


Digərləri 25 İyn 2025 15:25:00 68 0

Yay mövsümündə boğaz ağrısı problemi

Yay aylarında hamı dondurma və sərin sulardan bolluca istifadə edir. Bu da bəzi respirator xəstəliklərin baş qaldırmasına səbəb olur. Yayda da insanların ən çox qarşılaşdıqları xəstəlik boğaz ağrılarıdır.

Yayın gəlişi ilə havanın hərarətinin kəskin qalxması qrip və angina kimi xəstəliklərin yaranmasına şərait yaradır. Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır. Hər bir sağlam insan öz həyatı boyu ən azı bir dəfə boğaz ağrısı ilə qarşılaşıb.

Boğaz ağrılarının 80%-nin səbəbi kəskin və xroniki faringit, laringit və tonzillitlərdir, digər 20% hallarda bir çox xəstəliklər də boğaz ağrısı şəklində özünü büruzə verə bilər. Boğaz ağrılarına adətən virus və bakteriyalar səbəb olur. Boğazın hansı hissəsinin iltihablanmasından asılı olaraq, boğaz iltihabı faringit, laringit və ya tonzillit adlanır. Udlağın arxa divarının iltihabı faringit, qırtlağın iltihabı laringit, damaq badamcıqlarınn iltihabı isə tonzillit adlanır.

Kəskin faringitlərə ən çox səbəb yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyalarıdır. Demək olar ki, bütün kəskin respirator virus infeksiyalarının ilk simptomu özünü kəskin faringit şəklində büruzə verir. Bu zaman boğazda qıcıqlanma, quruluq və ağrı hissiyyatı olur, bədənin hərarəti yüksəlir, ümumi halsızlıq və zəiflik olur. Xroniki faringitlərin bir çox səbəbləri var. Bunların arasında ən çox allergik rinit və xroniki sinusitlər zamanı burun boşluğundan və paranazal sinuslardan patoloji axıntının burun-udlaqdan udlağa axıb, udlaqda xroniki iltihab yaratması, müntəzəm olaraq siqaret və tütün məhsullarından istifadə edərək udlağın selikli qişasına zərərli təsir göstərməsidir. 

Xroniki faringitlərin müalicəsi ilk növbədə, onları yaradan səbəbi aradan qaldırmaq və yerli olaraq boğaz üçün qarqara, sprey və inhalyasiyalardan, istifadə edərək udlağın selikli qişasını sakitləşdirməkdən ibarətdir. Kəskin tonzillit, angina dediyimiz damaq badamcıqlarının iltihabına səbəb daha çox streptococcus pyogenesdir. Angina boğazda kəskin, xüsusən udqunma zamanı qulağa irradiasiya edən ağrı, udqunma çətinliyi, yüksək hərarət şəklində özünü büruzə verir. 

Kəskin laringitlər həm kəskin respirator virus infeksiyaları zamanı yaranır, həm də bakterial xarakterli olur. Bu zaman boğazda udqunma və ya danışıq zamanı kəskin ağrı, quruluq, diskomfort, səsdə dəyişiklik yaranır. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Boğaz üçün sorma pastillərdən istifadə etdikdə, tez bir zamanda boğazdakı ağrını aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir. Boğazda xoşagəlməz hisslər olarsa - ağrı, yanma, qaşınma, öskürək - dərhal Agisept sorma pastilini qəbul etməyə başlayın. Tərkibinə daxil olan komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır. Boğaz ağrısını sakitləşdirir.

Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib like
  • 25 İyn 15:24  
Siyasət Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikası

arrow Ətraflı
“WiFi” problemlərini həll etmək üçün 5 sadə, lakin effektiv məsləhət like
  • 25 İyn 15:23  
Digərləri “WiFi” problemlərini həll etmək üçün 5 sadə, lakin effektiv məsləhət

"Wi-Fi" problemləri sizi bezdiribsə, dərhal yeni avadanlıq axtarma

arrow Ətraflı
Prezident TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Sazişi təsdiq edib like
  • 25 İyn 15:22  
Siyasət Prezident TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Sazişi təsdiq edib

"Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 25 İyn 15:17  
Digərləri Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

arrow Ətraflı
Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi  Həbs edildi like
  • 25 İyn 15:14  
Digərləri Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi Həbs edildi

Türkiyədə arvadını bıçaqlamaqda və onunla gizli münasibətdə olan şə

arrow Ətraflı
6 illik sevgilisindən ayrıldı like
  • 25 İyn 15:00  
Şou-biznes 6 illik sevgilisindən ayrıldı

Türkiyəli tanınmış aktyor Ulaş Tuna Astepe 6 illik sevgilisi, rejissor Ca

arrow Ətraflı
Nihal Candanın xəstəxana xərclərini bu müğənni ödəyibmiş like
  • 25 İyn 14:42  
Şou-biznes Nihal Candanın xəstəxana xərclərini bu müğənni ödəyibmiş

Xəbər verdiyimiz kimi, türkiyəli sosial media fenomeni Nihal Candan anoreks

arrow Ətraflı
Tramp: İranı yenə vura bilərik like
  • 25 İyn 14:33  
Dünya Tramp: İranı yenə vura bilərik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail kəşfiyyatı İranda yerləş

arrow Ətraflı
Turist axını qiymətləri "qızışdırdı"  Bölgələrdə kirayə ev tapmaq çətinləşir like
  • 25 İyn 14:30  
Digərləri Turist axını qiymətləri "qızışdırdı" Bölgələrdə kirayə ev tapmaq çətinləşir

Bölgələrdə bəzi ərazilərə kirayə evlər bahalaşıb, bəzi yerlərdə i

arrow Ətraflı
Gəncədə müəllimlər qəzaya düşdü  Xəsarət alanlar var like
  • 25 İyn 14:20  
Digərləri Gəncədə müəllimlər qəzaya düşdü Xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol

arrow Ətraflı
Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin like
  • 25 İyn 14:14  
Digərləri Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsin

arrow Ətraflı
Bakının bir sıra yollarında hərəkət 3 gün məhdudlaşdırılacaq like
  • 25 İyn 14:09  
Digərləri Bakının bir sıra yollarında hərəkət 3 gün məhdudlaşdırılacaq

26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək bir sıra ünvanlarda yol təmir

arrow Ətraflı
Təltif edilənlərdən biri nazir müavinidir like
  • 25 İyn 13:57  
Digərləri Təltif edilənlərdən biri nazir müavinidir

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli &q

arrow Ətraflı
Məktəbli formaları ilə bağlı nazirdən açıqlama like
  • 25 İyn 13:50  
Digərləri Məktəbli formaları ilə bağlı nazirdən açıqlama

Müəllimlərin işə qəbul imtahanı gələn ay olacaq. 

arrow Ətraflı