Özözünə polkovnik rütbəsi veribmiş Eksrəisə 10 il həbs!
Digərləri 24 İyn 2025 18:31:00 89 0
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Azərbaycan bazarlarında ən bahalı gilas Öküzürəyi niyə bazarda "qızıl" qiymətinədir?"
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.
Məhkəmə baxışı zamanı, Mirzə Cəlilovun öz-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.
Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.
Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Məhkəmə M.Cəlilovu ittiham edildiyi maddələrlə təqsirli hesab edib. Hökmə əsasən o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə Mirzə Cəlilov AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilir.
Xatırladaq ki, Mirzə Cəlilov Naxçıvan MR-in Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib. Son.az
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlaması ilə erməniləri şoka

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev

Müğənni Bahar Lətifqızının başına iş gəlib.

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinə

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sə

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

Bu gün saat 18:00-da Tehranın İnqilab Meydanında qələbə bayramı keçiril

Bu ilin 23 aprelində Pekində imzalanmış "Azərbaycan Respublikası Hök

ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyi ilə bağlı verdiyi

İyunun 24-ü saat 15:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrind

Məşhur müğənni və aktrisa Selena Qomes yeni görüntüsü ilə diqqət ç�

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə
