Şəhid xanımı ali məktəbdən məzun oldu
Digərləri 24 İyn 2025 12:12:00 80 0
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova ali məktəbdən məzun olub.
Bu xəbəri də oxu: Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb FOTO
Son.az xəbər verir ki, bu barədə şəhid xanımı özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Tam 4 il bundan öncə, Farizin şəhid olmağından 1 il sonra özümü sınadım və ali məktəbə qəbul olundum. Təbii ki, mənim ali təhsil almağım onun ən böyük arzusu idi və mən onu yerinə yetirdim. Bu gün böyük fəxr və qürur hissi ilə deyirəm ki, mən artıq məzunam. Ruhun şad olsun, Fariz. Əzizən ali təhsil müəssisəsini başa vurdu. Və artıq bundan sonra uğurla addımlayacağım bir hədəfə çatmaq üçün səylə çalışmalıyam. Ən əsası mənə yadigar qalan iki övladımın təhsilli, vətənpərvər və vicdanlı bir şəxsiyyət kimi formalaşmasında əlimdən gələni etməliyəm. Bu mənim həm ata, həm də ana kimi valideyn olaraq vəzifə borcumdur. Var gücümlə çalışacam ki, övladlarımın üzərində hər zaman günəş olsun. Kölgə onların üzərinə qaranlıq salmasın. Həyatda ən böyük silahım nailiyyətlərim və övladlarımın qarşısında aciz qalmamağım olsun".
Qeyd edək ki, Əzizə Həsənova "Odlar Yurdu" Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin mühasibat uçotu ve audit ixtisasını bitirib.
Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Füzuli rayonunun işğaldan azad olunması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokol və q

İyunun 13-nə keçən gecə İranın səması parlaq işıq selinə bürünənd

İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyin

İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı suby

İranda nüvə sahəsində çalışan daha bir mütəxəssis qətlə yetirilib.

Hayal Köseoğlu: “10 ildir bu xəstəliklə yaşayıram”

Xəbər verdiyimiz kimi, Braziliyada 22 nəfərin olduğu hava şarı yanaraq ye

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü in

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçev

Xəbər verdiyimiz kimi, İran və İsrail arasında atəşkəs razılığı əl

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yan

İran və İsrail arasında davam edən münaqişə hər iki ölkəyə milyardla

Bu ilin əvvəlindən Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə Fed
