İçərişəhərdə “Küçələrdən Hekayələr” sosial layihəsinin açılışı baş tutdu


Kriminal 23 İyn 2025 17:26:00 72 0

İçərişəhərdə “Küçələrdən Hekayələr” sosial layihəsinin açılışı baş tutdu

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Arts Council Azerbaijan-ın təşkilatçılığı ilə İçərişəhərin Qoşa Qala Meydanında "Küçələrdən Hekayələr" adlı sosial və xeyriyyə layihəsinin açılışı keçirildi. Layihənin müəllifi Surəyyə Məmmədlidir.

Layihənin əsas məqsədi küçə heyvanlarının taleyinə biganə qalmamağa çağırmaq, cəmiyyətdə mərhəmət, şəfqət və sosial məsuliyyət hissini gücləndirmək, incəsənət vasitəsilə heyvanlara qarşı diqqət və qayğı dəyərlərini təbliğ etmək idi.

Tədbirin proqramı zəngin və rəngarəng oldu:

Peşəkar rəssamların sərgisi - heyvan mövzusunda çəkilmiş müasir incəsənət əsərləri tamaşaçılara təqdim edildi. Bu əsərlər xüsusi olaraq ArtMarket.az onlayn platformasında satışa çıxarıldı. Platforma vasitəsilə əsərlərin əldə edilməsi həm alıcılara rahatlıq yaratdı, həm də satışdan əldə olunan vəsaitin şəffaf şəkildə xeyriyyə məqsədlərinə yönəldilməsini təmin etdi.

Uşaqların və gənc rəssamların əl işləri və rəsmləri, onların heyvanlara sevgi və qayğı hissini əks etdirən səmimi əsərləri nümayiş etdirildi.

Rüstəm Fərmanın foto sərgisi, məşhur şəxslərin ev heyvanları ilə birlikdə iri formatlı portretlərini təqdim etdi və heyvanların insan həyatındakı əhəmiyyətini vurğuladı.

Xeyriyyə yarmarkası, burada təqdim olunan əl işləri və rəsm əsərləri satışa çıxarıldı və toplanan vəsait tam olaraq küçə heyvanlarının qorunmasına və onlara yardım layihələrinə yönəldildi.

Ev heyvanlarının iştirakı ilə moda defiləsi, tədbirin yaddaqalan və emosional anlarından biri oldu.

Tədbir boyu DJ Azad-ın canlı ifaları tədbirə xüsusi ab-hava qatdı.

Tədbirdə Arts Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədov çıxış edərək layihəyə dəstək verən tərəfdaşlara və iştirakçılara təşəkkürünü bildirdi. O vurğuladı ki, Arts Council Azerbaijan beynəlxalq mədəni platforma kimi incəsənət və sosial layihələr vasitəsilə cəmiyyətdə təbiətə və heyvanlara qarşı mərhəmət, qayğı və humanist dəyərləri təşviq etməyə davam edəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək layihənin humanist dəyərlər baxımından əhəmiyyətini vurğuladı və bu cür təşəbbüslərin ictimai şüurun formalaşmasına verdiyi töhfədən danışdı.

Çıxışı zamanı layihənin müəllifi Surəyyə Məmmədli vurğuladı: "Küçələrdən Hekayələr" ilk dəfə 132-134 saylı liseyin IBDP proqramı çərçivəsində CAS layihəsi kimi başlamışdır və küçə heyvanlarının qarşılaşdıqları çətinliklərə diqqət çəkməyi məqsəd qoymuşdur. Bugünkü tədbir bir daha göstərdi ki, incəsənət və yaradıcı təşəbbüslər vasitəsilə mən və tələbə yoldaşlarım bu mövzunu daha geniş auditoriyalara çatdıra və insanlarda heyvanlara qarşı mərhəmət hissini gücləndirə bilirik.

Layihə bir günlük olub və həmin gün uğurla başa çatıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

"“Ac qalmasınlar” deyə gələcəyimizi bəzi müəllimlərə qurban verə bilmərik" like
  • 23 İyn 17:22  
Digərləri "“Ac qalmasınlar” deyə gələcəyimizi bəzi müəllimlərə qurban verə bilmərik"

"2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbayc

arrow Ətraflı
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxundu like
  • 23 İyn 17:06  
Digərləri Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxundu

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Döv

arrow Ətraflı
Dövlət Xidmətindən kiberməkanda genişmiqyaslı məlumat sızması ilə bağlı XƏBƏRDARLIQ like
  • 23 İyn 17:03  
Digərləri Dövlət Xidmətindən kiberməkanda genişmiqyaslı məlumat sızması ilə bağlı XƏBƏRDARLIQ

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberməkan

arrow Ətraflı
Ərdoğandan ABŞın İrana hücumuna ilk REAKSİYA like
  • 23 İyn 17:00  
Digərləri Ərdoğandan ABŞın İrana hücumuna ilk REAKSİYA

Dünyanı narahat edən müharibəyə 10-cu gündə qoşulan ABŞ  B-2 ağır

arrow Ətraflı
Tanınmış aktrisa vəfat etdi like
  • 23 İyn 16:55  
Şou-biznes Tanınmış aktrisa vəfat etdi

"Sanford and Son" və "The Waltons" filmlərinin aktrisası

arrow Ətraflı
Aşura günü nə vaxtdır? like
  • 23 İyn 16:53  
Digərləri Aşura günü nə vaxtdır?

Bu il Aşura günü iyulun 5-nə təsadüf edir.

arrow Ətraflı
ABŞın zərbələrindən sonra dağıdılan İranın nüvə obyektləri – Peyk görüntüləri yayıldı like
  • 23 İyn 16:45  
Dünya ABŞın zərbələrindən sonra dağıdılan İranın nüvə obyektləri – Peyk görüntüləri yayıldı

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yayımla

arrow Ətraflı
Elarizin qızı məhkəməyə çağırıldı like
  • 23 İyn 16:23  
Digərləri Elarizin qızı məhkəməyə çağırıldı

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqıs�

arrow Ətraflı
Poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilmir  SƏBƏB like
  • 23 İyn 16:15  
Digərləri Poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilmir SƏBƏB

Poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərd�

arrow Ətraflı
"Opera günləri" layihəsi çərçivəsində "Traviata" operasi təqdim olunub  FOTO like
  • 23 İyn 16:07  
Kriminal "Opera günləri" layihəsi çərçivəsində "Traviata" operasi təqdim olunub FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "O

arrow Ətraflı
Əsgərin 40 dərəcə hərarəti olubmuş...  Ölümü ilə bağlı həbs edilən var like
  • 23 İyn 15:55  
Digərləri Əsgərin 40 dərəcə hərarəti olubmuş... Ölümü ilə bağlı həbs edilən var

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunu

arrow Ətraflı
Netanyahunun yoldaşından İran xalqına: "Biz düşməniniz deyilik" like
  • 23 İyn 15:50  
Dünya Netanyahunun yoldaşından İran xalqına: "Biz düşməniniz deyilik"

"İran xalqı möhtəşəm bir mədəniyyətin varisləridir" .

arrow Ətraflı
İrana hücumlar Azərbaycanla yükdaşımalara necə təsir edib? like
  • 23 İyn 15:41  
Digərləri İrana hücumlar Azərbaycanla yükdaşımalara necə təsir edib?

Hazırda İran və Azərbaycan arasında həm beynəlxalq, həm də iki ölkə a

arrow Ətraflı
İsrail Evin həbsxanasını vurdu like
  • 23 İyn 15:28  
Dünya İsrail Evin həbsxanasını vurdu

İsrail Tehrandakı Evin həbsxanasına hücum edib.

arrow Ətraflı
Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı like
  • 23 İyn 15:21  
Digərləri Məşhur kosmetoloq fəaliyyətini dayandırdı, mərkəzi satışa çıxarıldı

Tanınmış həkim-kosmetoloq Elnarə Canlının rəhbərlik etdiyi kosmetoloji

arrow Ətraflı