Rəsmi iş yeri olmayanlara ipoteka veriləcək? AÇIQLAMA
Digərləri 23 İyn 2025 12:44:00 75 0
Ölkədə onlarla insan var ki, ev almaq üçün ilkin ödənişi ödəməyə imkanı çatır, lakin rəsmi iş yerinin olmaması səbəbilə ipoteka krediti ala bilmir. Bərbər, dərzi, bənna kimi fərdi fəaliyyətlə məşğul olan və sabit gəliri olan şəxslər gəlirlərini rəsmiləşdirə bilmədikləri üçün ipoteka sistemindən kənarda qalırlar.
Bu xəbəri də oxu: Bu valyutalar ucuzlaşdı RƏSMİ
Son.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, bu məsələdə ciddi problemlə üzləşirlər:
"Gəliri olan çox insan var, amma rəsmi işləmədiklərinə görə kredit ala bilmirlər. Bu səbəbdən ev sahibi olmaq sadəcə bir xəyal olaraq qalır".
Məsələ ilə bağlı Kredit Zəmanət Fondundan isə bildirilib ki, ipoteka kreditləri ilə bağlı şərtlərin dəyişdirilməsi hazırda gündəmdə deyil:
"İpoteka kreditlərinin verilməsində əsas meyarlardan biri vətəndaşın rəsmi gəlirə sahib olmasıdır. Hazırda fərdi fəaliyyət göstərən şəxslərə kredit verilməsinə dair hüquqi baza yoxdur", - qurumun açıqlamasında qeyd olunub.
Bəs rəsmi əmək müqaviləsi olmadan sabit gəlir əldə edənlər niyə bu sistemdən kənarda qalır? Şərtləri sadələşdirmək mümkün deyilmi?
Millət vəkili Vüqar Bayramov bu məsələdə dəyişikliklərin mümkünsüz olmadığını bildirir.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrdə ipoteka kreditlərinin verilməsində sadəcə rəsmi gəlir yox, həm də vətəndaşın maliyyə davranışı, ödəmə qabiliyyəti və bank tarixi nəzərə alınır. Bu model gələcəkdə Azərbaycanda da tətbiq oluna bilər:
"Modelin özəlliyi ondan ibarətdir ki, yalnız rəsmi əmək haqqı deyil, eyni zamanda digər mənbələrdən əldə edilən vəsaitlər, o cümlədən ipoteka krediti götürmək istəyən vətəndaşların davranışına uyğun olaraq qərarlar verir. Onlara ipoteka kreditləri təklif olunur. Ona görə də bu imkanlardan istifadə olunması və rəsmi gəlir olmayan, amma davranış modelinə uyğun olaraq ödəmə qabiliyyəti olan vətəndaşlarımıza da kreditlərin verilməsi vacibdir. Nəzərə alsaq ki, Mərkəzi Bank da davranış modelinə keçidi tətbiq etmək istəyir".
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələr aparılıb. Təklif olunan fikirlər rəsmi iş yeri olmayanların da əlçatan mənzil proqramına qoşulmasına fürsət yaradır. Eyni zamanda bu, mənzil bazarında da canlanmanın olmasına müsbət təsir göstərəcək.
Aysel Əkbər Son.az
Brüs Li süni intellektin gücü ilə yenidən böyük ekrana qayıdır.

"ABŞ-ın İrana son dağıdıcı zərbəsindən sonra neft-qaz bazarların

"Əgər ABŞ İsraili İranla mümkün münaqişədə birbaşa dəstəkləy

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də amerikalı həmkarı Donald Tramp

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onu

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balan

İyunun 23-ü saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi ray

"WhatsApp" "Android"də yeni "Yazı Yardımı" fun

Son.az AZƏRTAC-a istinadən xıbır verir ki, Azərbaycan Respublikasının Pre

Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər d

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Gündəlik həyatımızda rastlaşdığımız insanlar bəzən davranışları i

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
