80 ildən sonra torpaq altından çıxdı: Yüz milyonlarla dəyəri var
Digərləri 22 İyn 2025 18:00:00 68 0
Numizmatika dünyası üçün həqiqi bir sensasiya baş verib: onilliklərdir unudulmuş nadir qızıl sikkələr kolleksiyası - təxminən 160 milyon Avstraliya dolları (təqribən 100 milyon ABŞ dolları) dəyərində bir xəzinə aşkar edilib. Bu kolleksiya "Səyyahın kolleksiyası" adlandırılıb və artıq tarixdəki ən dəyərli xəzinə adına iddialıdır.
Bu xəbəri də oxu: Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular
Son.az xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.
Kolleksiyanın hekayəsi
Kolleksiya 1930-cu illərdə Avropanı və Amerikanı dolaşan bir Avropa kolleksiyaçısı tərəfindən toplanıb. O, ən nadir sikkələrin axtarışı ilə məşğul olub. II Dünya müharibəsinin başlaması ilə sikkələrin itirilməsi qorxusundan onları torpağa basdırıb. O vaxtdan bəri xəzinənin yeri barədə heç bir məlumat olmayıb.
Unudulmuşluqdan qayıdış
Kolleksiya 80 ildən artıq müddət ərzində toxunulmamış şəkildə torpağın altında qalıb. Onu yalnız yaxınlarda varislər təsadüfən aşkar ediblər. Sikkələr metal konteynerlərdə və siqar qutularında saxlanılıb və torpaq altında ustalıqla gizlədilibmiş. Hazırda xəzinə mütəxəssislərin əlinə keçib və onun ictimaiyyətə təqdim olunması üçün hazırlıqlar gedir.
Tarixi auksion
Kolleksiyanın bir hissəsi ilk dəfə olaraq 20 may 2025-ci il tarixində Londonda tanınmış "Numismatica Ars Classica" (NAC) auksion evi tərəfindən satışa çıxarılıb. Bu, numizmatika tarixində ən mühüm tədbirlərdən biri hesab olunur.
Kolleksiyada yüzlərlə sikkə var və hər biri həm maddi, həm də tarixi baxımdan yüksək dəyərə malikdir. Onlardan bəziləri:
Ferdinand III-ə aid 100 dukatlıq (1629-cu il) - təxminən 350 qram ağırlığında bu sikkə 1,3 milyon ABŞ dollarından çox qiymətləndirilir.
Polşa kralı III Ziqmundun 70 dukatlıq sikkəsi - təxminən 470 min ABŞ dolları dəyərindədir.
XVIII əsrin sonlarına aid son dərəcə nadir İran tomanları - tam dəst şəklində olan bu sikkələrdən dünyada yalnız beş ədəd mövcuddur.
Danışan kolleksiya
Kolleksiyanın fərqli xüsusiyyəti ondadır ki, bəzi sikkələr 80 ildən çoxdur ki, ictimaiyyətə təqdim olunmamışdı, bəziləri isə heç vaxt rəsmi şəkildə sənədləşdirilməmişdi. Kolleksiyaçının dəqiq qeydləri sayəsində sikkələrin XIX əsr auksionlarına qədər uzanan mənşəyi izlənə bilib.
"Bəzən elə gəlirdi ki, bir miraj üzərində işləyirəm. Bu, sadəcə sikkə dəsti deyil - bu, metalda həkk olunmuş bir tarixdir", deyə NAC məsləhətçisi Devid Gest bildirib./qaynarinfo.az
ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra �

Ukraynada genişmiqyaslı müharibə artıq dördüncü ildir davam edir. İndiy

"Hörmüz boğazı bir neçə saat ərzində bağlana bilər".

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regionda oyu

Şotlandiyanın Qlazqo şəhərində yaşayan 36 yaşlı Liza Conston tez-tez 18

ABŞ-nin ötən gecə İranın bəzi nüvə obyektlərinə hücumu İsrailin İr

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin İr

Avropada yenilənmiş və ikinci əl ağıllı telefonlara tələbat sürətlə

Milli Hidrometeorologiya Xidməti iyunun 22-24-də Bakıda və Abşeron yarımad

Fransa Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmaya görə, ş�

Müğənni Nigar Camal 60 yaşlarında da baxımlı olacağını açıqlayıb.

İran səhər saatlarında İsrailə qarşı həyata keçirilən hücumda ilk d�

Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obye

Bu gün səhər saatlarında İsrailin hərbi hava hücumları nəticəsində İ

Alimlərin cəsarətli təcrübəsi bir çox insanın fizikanın qanunlarının
