Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları açıqlandı
Siyasət 20 İyn 2025 13:55:00 73 0
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "prezidentlik etmiş" Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb.
Bu xəbəri də oxu: İsrail İranın nüvə proqramını tamamilə dayandıra bilərmi?
Son.az AZƏRTAC-a istinadən bildirir ki, B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin "ordusunun komandanı" Levin Mnatsakanyan rəhbərlik edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Son.azNaxçıvanda valideynlər oğullarına "Eray" adını vermək istəyib

İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilə

Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur

18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə he

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xa

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır ya

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtom

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səla

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə

"Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Ba

Massaçusets Texnologiya İnstitutunun (MIT) Media Laboratoriyası tərəfindən

Üç il əvvəl, 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paş
