Prezident MəhkəməHüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 18 İyn 2025 16:04:00 52 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
Müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.
2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.
İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.
Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.
Eyni zamanda, ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.
Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcəkdir".
Bakıda "Bolt" taksi şirkətinə məxsus "BYD" markalı avt

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zaman�

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəh

MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko

İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq

Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü

Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil

"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl

İran dövlət televiziyası mesajlaşma proqramının İsrailə göndərmək ü

Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı �

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə ba

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Resp
