Hər gün badam yemək olarmı?
Digərləri 18 İyn 2025 02:02:00 88 0
Badam vitaminlər, minerallar, antioksidantlar, lif və faydalı yağlarla zəngin olan çox faydalı bir qida məhsuludur.
Bu xəbəri də oxu: Hər gün bir fincan çay içməyin sağlamlığa 7 faydası
Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, həm dərinin, həm də sümüklərin sağlamlığı üçün əhəmiyyətlidir.
Badam əslində biz adətən "qoz" adlandırsaq da, badam ağacının meyvəsinin toxumudur. Tərkibində bir çox qida maddələri olan bu məhsulun sağlamlığa çoxsaylı müsbət təsirləri var.
Xolesterini azaldır
Araşdırmalar göstərir ki, badam yemək "yaxşı" xolesterinin (HDL) səviyyəsini saxlamağa və "pis" xolesterinin (LDL) səviyyəsini azaltmağa kömək edir. LDL xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Araşdırma müəllifləri gündə təxminən 45 qram badam yeməyi tövsiyə edirlər.
Xərçəng riskini azaldır
Alimlər hesab edirlər ki, badamın tərkibində olan fitokimyəvi maddələr onun iltihab əleyhinə və antioksidant təsirini təmin edir, bu da bəzi xərçəng növlərindən qorunmağa kömək edə bilər.
Bir araşdırma göstərib ki, çoxlu badam, qoz və yer fındığı yeyən insanların süd vəzisinin xərçənginə tutulma riski 3 dəfə az olub.
Başqa bir araşdırmada isə gündə 28 qram qoz-fındıq yeməyin xərçəngdən ölüm riskini 21 faiz azaltdığı qeyd olunub.
Ürək xəstəlikləri riskini azaldır
Bir sıra tədqiqatlar badam və digər qoz-fındıqların damar funksiyasını yaxşılaşdırdığını və bunun nəticəsində ürək xəstəlikləri riskini azaltdığını göstərir. Mütəxəssislər həftədə 4 porsiya duzsuz, yağsız badam və digər qoz-fındıq məhsullarının qəbul edilməsini tövsiyə edirlər.
Qanda şəkərin səviyyəsinə təsir edir
Badam karbohidrat baxımından az, zülal baxımından isə zəngindir. Bu səbəbdən şəkərli diabeti olan insanlar üçün yaxşı seçim hesab olunur.
Araşdırmalar göstərir ki, badamın yüksək maqnezium tərkibi qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.
Bir araşdırmada, şəkərli diabet riski olan böyüklər gündə 56 qram badam yedikdə, 12 həftədən sonra onların HbA1c (şəkərin uzunmüddətli göstəricisi) səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Çəkiyə nəzarət etməyə kömək edir
Badam bədən kütləsi indeksini (BMI) və bel çevrəsini azalda bilir. Araşdırmalarda göstərilib ki, badam aclıq hissini tənzimləyərək artıq yeməyin qarşısını alır. Bu xüsusiyyət arıqlamaq istəyənlər üçün xüsusilə vacibdir.
Sümük sağlamlığını yaxşılaşdırır
Badam kalsiumla zəngindir. Kalsium sümüklərin və dişlərin möhkəmliyi üçün vacibdir. Kalsium çatışmazlığı sümük möhkəmliyini azaldır və osteoporoza səbəb ola bilər.
Dərinin vəziyyətini yaxşılaşdırır
Badam antioksidantlar, yağ turşuları və E vitamini ilə zəngindir - bunlar dərinin sağlamlığı üçün vacibdir. Postmenopauza dövründə olan qadınlar üzərində aparılan araşdırmada 16 həftə ərzində badam yeyən qadınların dərisində daha az qırış və daha yaxşı dəri tonu müşahidə olunub.
Paltaryuyan maşında necə yumaq və pula qənaət etmək olar?

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Yumurtaları qaynadarkən yaranan suyun bitkilər üçün faydalı olduğu məlu

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir

Uzun müddət oturmaq kişilərdə ciddi sağlamlıq problemləri yarada bilər

İranın son vaxtlar Tel-Əvivə qarşı həyata keçirdiyi hücumların əsas v

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakın�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netan

Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən bir

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyatlara başlamayıb və

Dünyada baş verən proseslər - xüsusilə geosiyasi gərginliklər, iqtisadi

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə hərbi güc, o cümlədən F-16

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla,
