Qəhvə bu formada içiləndə ömrü uzadır
Digərləri 17 İyn 2025 20:24:00 87 0
ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər.
Bu xəbəri də oxu: Əsgər gedənlərin nəzərinə!
Son.az xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhlil edərək belə nəticəyə gəliblər: gündə 2-3 fincan az şəkərli qəhvə içənlərin vaxtsız ölüm riski 17 faizədək azalır.
Araşdırmada iştirak edənlərin təxminən 11 illik həyat göstəriciləri öyrənilib. Bu müddətdə 7 minə yaxın ölüm halı qeydə alınıb. Məlum olub ki, şəkərsiz və krem əlavə olunmayan qəhvə içənlər daha uzun ömür sürür. Əksinə, içkiyə çoxlu şəkər və doymuş yağ (krem, şirin siroplar və s.) qatılan hallarda qəhvənin sağlamlığa təsiri tamamilə yoxa çıxır.
Alimlər onu da vurğulayıblar ki, əsas fayda yalnız kofeinli qəhvədə müşahidə olunub. Kofeinsiz qəhvənin bu baxımdan heç bir təsiri aşkarlanmayıb.
Qara qəhvə antioksidant və iltihabəleyhinə təsirlərə malik maddələr - xlorogen turşusu və polifenollarla zəngindir. Bunlar orqanizmdə maddələr mübadiləsini sürətləndirə, insulinin işləmə qabiliyyətini artıra bilər.
Qars şəhərində Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə T

Ölkəmizdən Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixra

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələ

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşm�

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə

Əfsanəvi aktyor Arnold Şvartsenegger maraqlı etirafı ilə gündəmə gəlib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm ox

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmı

Bakıda 41, 45, 100, 108A, 108B, 123, 133, 147 və 165 nömrəli marşrut avtobu

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsr
