İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib


Kriminal 16 İyn 2025 23:33:00 90 0

İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri iyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.

Son.az xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkar və aktyor, professor, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu dünyaşöhrətli dirijorların, orkestrlərin və solistlərin səhnəyə çıxdığı bu tarixi məkanda - filarmoniyada bu gün təşəkkür konsertinin keçirildiyini bildirib.

"Mənə məlumat verildi ki, Çaykovski adına orkestr İranda idi. Orada rus mədəniyyəti günləri keçirildi. Ancaq İranda hadisələr başladı. Təcili olaraq insanları oradan təxliyə etmək lazım idi. Hamının adından Azərbaycan tərəfinə və Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Bizim tərəfdən avtobuslar göndərildi, orkestrin Bakıya gəlməsi üçün əlimizdən gələni etdik. Ona görə də musiqiçilər və orkestrin yeni rəhbəri minnətdarlıq əlaməti olaraq burada çıxış etmək istədilər. Beləliklə, bu konserti təşkil etdilər. Düzü, belə bir anşlaq gözləmirdik, çünki afişalar və elanlar yox idi. Bu, bir daha Azərbaycan ictimaiyyətinin rus mədəniyyətinə, rus musiqisinə olan sevgisindən xəbər verir", - deyə P.Bülbüloğlu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov çıxışında bu gün filarmoniyada sevimli və məşhur rus orkestrinin çıxış etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

"Cümə günü Rusiya vətəndaşlarının təxliyəsində kömək üçün Azərbaycan tərəfinə zəng edəndə Prezident İlham Əliyev tərəfindən dərhal bütün qərarlar qəbul edildi və üstəlik, 40 Rusiya vətəndaşı təxliyə edildi. İndi də Azərbaycan tərəfinin dəstəyi sayəsində vətəndaşlar təxliyə olunur. Avtobuslar ayrılır, qadınlar və uşaqlar Bakıda yerləşdirilir. Sabah Moskvaya uçacaqlar. Burada səhnədə olan sənətçilər bu gün səhər saat altıda Bakıya gəliblər. Rusiyaya dəstək göstərdiyi üçün Azərbaycana təşəkkür edirəm", - deyə səfir diqqətə çatdırıb.

Proqramda Pyotr Çaykovski, Sergey Raxmaninov, Reynqold Qliyer kimi görkəmli bəstəkarların əsərləri səsləndirilib.  

Sərnişin təyyarəsi İran üzərində radardan itdi like
  • 16 İyn 23:10  
Dünya Sərnişin təyyarəsi İran üzərində radardan itdi

İsrailin İrana hücumundan sonra bölgədə gərginlik artdığı üçün iki

arrow Ətraflı
İran yaxın saatlarda İsrailə cavab verəcək like
  • 16 İyn 23:00  
Dünya İran yaxın saatlarda İsrailə cavab verəcək

İran silahlı qüvvələri yaxın saatlarda İsrailin ərazisinə hücumlarına

arrow Ətraflı
Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi  VİDEO like
  • 16 İyn 22:54  
Şou-biznes Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi VİDEO

Şairə Cığatel İsaqızı özünə ad günü keçirib.

arrow Ətraflı
İsrailİran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər like
  • 16 İyn 22:36  
Digərləri İsrailİran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər

Yerli və xarici analitiklər belə qənaətə gəliblər ki, İranın Hörmüz

arrow Ətraflı
Rəqsanə Moskvadakı villasını göstərdi  VİDEO like
  • 16 İyn 22:08  
Şou-biznes Rəqsanə Moskvadakı villasını göstərdi VİDEO

Müğənni Rəqsanə İsmayılova Moskvadakı villasını nümayiş etdirib.

arrow Ətraflı
5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü like
  • 16 İyn 21:58  
Digərləri 5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü

Zaqatalada 5 yaşlı uşaq "KamAz"ın altında qalaraq ölüb.

arrow Ətraflı
Xameneinin suiqəsdlə aradan götürülməsi...  Netanyahu like
  • 16 İyn 21:52  
Dünya Xameneinin suiqəsdlə aradan götürülməsi... Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Xameneinin öldürülməsini istisna et

arrow Ətraflı
Arif Babayevlə bağlı üzücü xəbər  Həyat yoldaşı danışdı like
  • 16 İyn 21:31  
Şou-biznes Arif Babayevlə bağlı üzücü xəbər Həyat yoldaşı danışdı

Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.

arrow Ətraflı
İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirildi like
  • 16 İyn 21:02  
Dünya İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirildi

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə z

arrow Ətraflı
“Tehran bu müharibədə qalib gəlmir”  Tramp like
  • 16 İyn 20:45  
Dünya “Tehran bu müharibədə qalib gəlmir” Tramp

"Tehran bu müharibədə qalib gəlmir".

arrow Ətraflı
İsrail İran televiziyasının yayım binasını vurdu like
  • 16 İyn 20:00  
Dünya İsrail İran televiziyasının yayım binasını vurdu

İsrailin hava hərbi hücumları nəticəsində İranın Teleradio Təşkilatı

arrow Ətraflı
"Oğlumun yanında dəfn etdim" like
  • 16 İyn 19:34  
Şou-biznes "Oğlumun yanında dəfn etdim"

Müğənni İbrahim Borçalı bacısı oğlunu itirməsindən danışıb. 

arrow Ətraflı
Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın like
  • 16 İyn 19:19  
Kriminal Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın

Gəncədə ürəyindən güllələnərək öldürülən 42 yaşlı Vüsal Əhmə

arrow Ətraflı