Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR
Digərləri 16 İyn 2025 15:00:00 75 0
2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir.
Bu xəbəri də oxu: "Hər il iki günümü buna həsr edirəm”
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:
"İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.
Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq".
V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.
"Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir".
Son üç gün ərzində İranın İsrail ərazisinə endirdiyi raket hücumları

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Mill

Çinin texnologiya nəhəngi "Huawei" öz tarixində ilk dəfə olaraq

"1001 gece masalları" serialı üçün kamera qarşısına keçən ta

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxanini

ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lider

Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümum

İran Silahlı Qüvvələrinin elitar birləşmələri olan İslam İnqilabı Ke

"Elgizlə izlə" verilişində gərgin anlar yaşanıb. Son.az xəb

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş

Bu gün sosial şəbəkələrdə "Komedixana"nın sevilən aktyoru Ən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

İsrail və İran arasında davam edən qarşılıqlı hücumlar nəticəsində

İsrailin baş naziri Binyamin Netanyahu İranın raket hücumları nəticəsin
