İlham Əliyev Britaniya Kralını təbrik edib


Siyasət 14 İyn 2025 18:30:00 65 0

İlham Əliyev Britaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.

Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.

Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".

Son.az 

İsrailin öldürülən komandirlərinin sayı açıqlandı like
  • 14 İyn 18:11  
Dünya İsrailin öldürülən komandirlərinin sayı açıqlandı

Zərbələr nəticəsində 20-dən çox İran komandiri öldürülüb.

arrow Ətraflı
Yeniyetmə dənizdə boğuldu like
  • 14 İyn 18:04  
Digərləri Yeniyetmə dənizdə boğuldu

Lənkəranda yeniyetmə dənizdə boğulub.

arrow Ətraflı
"Ona nəsə olsa, yaşaya bilmərəm" like
  • 14 İyn 17:57  
Şou-biznes "Ona nəsə olsa, yaşaya bilmərəm"

"Bacıma o qədər bağlı idim ki, o ailə quranda sarılıq tutdum. 5 ya�

arrow Ətraflı
"Döymələrim görünməyən yerlərdədir" like
  • 14 İyn 17:35  
Şou-biznes "Döymələrim görünməyən yerlərdədir"

Dilarə Kazımova maraqlı açıqlamlar verib.

arrow Ətraflı
Bakı Ağır Cinayətlər Məhkəməsində yeni HAKİM like
  • 14 İyn 17:34  
Digərləri Bakı Ağır Cinayətlər Məhkəməsində yeni HAKİM

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

arrow Ətraflı
ABŞ İsraili dayandıracaq? like
  • 14 İyn 17:28  
Dünya ABŞ İsraili dayandıracaq?

ABŞ Prezidenti Donald Tramp iyunun 12-də İsrail baş naziri Benyamin Netanyah

arrow Ətraflı
Raketlərin altında oynayaoynaya like
  • 14 İyn 17:27  
Dünya Raketlərin altında oynayaoynaya

İranın atdığı raketlər İordaniya səmasından keçərək İsrailə keçib

arrow Ətraflı
“3cü arvadıyam, heç cür boşana bilmirəm” like
  • 14 İyn 17:18  
Şou-biznes “3cü arvadıyam, heç cür boşana bilmirəm”

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma pr

arrow Ətraflı
Dubaydakı göydələndə güclü YANĞIN like
  • 14 İyn 17:10  
Dünya Dubaydakı göydələndə güclü YANĞIN

BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərt�

arrow Ətraflı
"Tehran yandırılacaq" like
  • 14 İyn 16:57  
Dünya "Tehran yandırılacaq"

Tel-Əviv və Tehran arasında artmaqda olan gərginlik fonunda İsrailin müdaf

arrow Ətraflı
Xamenei onu Aerokosmik Qüvvələrinə yeni komandan təyin etdi like
  • 14 İyn 16:53  
Digərləri Xamenei onu Aerokosmik Qüvvələrinə yeni komandan təyin etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələr

arrow Ətraflı
Nüşabə Musayevanın elə geyimdə VİDEOsu yayıldı ki... like
  • 14 İyn 16:42  
Şou-biznes Nüşabə Musayevanın elə geyimdə VİDEOsu yayıldı ki...

Müğənni Nüşabə Musayevanın fərqli geyim tərzi ilə diqqət çəkib.

arrow Ətraflı
Tehran yenə pis vuruldu: həmin dəhşətin like
  • 14 İyn 16:38  
Digərləri Tehran yenə pis vuruldu: həmin dəhşətin

İsrail və İran arasında artan gərginlik artıq silahlı qarşıdurma mərh�

arrow Ətraflı
Köçəryan Paşinyandan 15 min dollar like
  • 14 İyn 16:27  
Digərləri Köçəryan Paşinyandan 15 min dollar

Ermənistanın ikinci prezident Robert Köçəryan Baş nazir Nikol Paşinyana v

arrow Ətraflı