Tramp İranı daha böyük dağıntılarla hədələyib, təcili razılaşma çağırdı
Dünya 13 İyn 2025 15:23:00 68 0
ABŞ Prezidenti Donald Tramp cümə günü sərt bəyanatla çıxış edərək, Yaxın Şərqdə sürətlə artan gərginlik fonunda İranı ABŞ və İsraillə razılaşmaya gəlmədiyi təqdirdə daha ağır nəticələrlə hədələyib.
Bu xəbəri də oxu: Quterreşdən İran və İsrailə
Son.az xəbər verir ki, Tramp bu açıqlamanı özünün "Truth Social" adlı sosial media platformasında yayımlayıb.
O, İrana "dəfələrlə danışıqlar imkanı verildiyini", lakin Tehranın "heç vaxt buna nail ola bilmədiyini" bildirib.
Tramp vurğulayıb ki, İranın hərəkətsizliyi "gözlədiklərindən də pis nəticələrə" səbəb olacaq.
"ABŞ dünyanın ən güclü və ölümcül hərbi texnikasını istehsal edir və İsrailin onlardan kifayət qədər var, üstəlik daha çoxu da yoldadır. Bəzi sərt xətt tərəfdarı iranlılar özlərini cəsarətli göstərirdilər, amma onların hamısı indi ölüdür. Vəziyyət yalnız daha da pisləşəcək", deyə o, qeyd edib.
Bu bəyanat, İsrailin Tehran, Şiraz və Təbriz də daxil olmaqla, İranın bir neçə şəhərinə hava zərbələri endirməsindən bir neçə saat sonra səslənib. Həmin hücumlarda İranın yüksək rütbəli hərbçiləri və ən azı altı nüvə alimi öldürülüb. İran cavab olaraq İsrailə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) göndərib və bu, münaqişəni daha da alovlandırıb.
Trampın açıqlamaları İsrailin hücumlarına dəstək xarakteri daşıyıb və onları daha genişmiqyaslı "çəkindirmə strategiyası"nın bir hissəsi kimi təqdim edib.
Xarici İşlər Nazirliyi tərəfindən diplomatic passport verilən şəxsləri

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava mə

"Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyas

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi ye

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələ

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkəd

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tari

İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi

Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatı barədə maraqlı etiraf edib.

İsrail İyunun 13-də İranın bir neçə şəhərini hədəfə alan ikinci dal

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayara

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.
