XİNdən İrana getmək istəyənlərə xəbərdarlıq
Siyasət 13 İyn 2025 11:57:00 98 0
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
Son.az xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.
"İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi [email protected] +98 905 523 01 07
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu [email protected] +961 4 922 066", - bəyanatda deyilir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Bu gün səhər saatlarında İordaniyanın hava hücumundan müdafiə sistemlə

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta mə

İsrail Müdafiə Qüvvələri (SAXAL) 8 saylı əmrə əsasən minlərlə ehtiy

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarş

Son.az-ın aşağıdakı yazısında 2025-ci ilin yayında "yenilik qapıl

İranın ali dini lideri Əli Xamenei orduya qisas almaqla bağlı əmr verib.

Ağdamın işğaldan azad edilmiş Maqsudlu kəndində qazıntı işləri aparı

Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulla

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin on

Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.

Məlum olduğu kimi İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, gen

İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilər
