Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI


Dünya 13 İyn 2025 00:15:00 83 0

Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI

London istiqamətində uçan Air India təyyarəsi Ahmedabad şəhərində havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə 242 nəfər, o cümlədən 10 ekipaj üzvü və 2 pilot olub. Təəssüf ki, 200-dən çox insan həyatını itirib. Lakin möcüzəvi şəkildə, 11A oturacağında əyləşən bir sərnişin sağ qalaraq faciədən qurtulub.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı Britaniya-Hind əsilli Ramesh Vishwaskumar Bucharvada təyyarənin fövqəladə çıxış qapısının arxasında - 11A oturacağında əyləşmişdi.

Ramesh, Güceratda yerləşən ailəsini ziyarət etdikdən sonra qardaşı Ajay Kumar Ramesh ilə birlikdə Londona qayıdırdı. Qardaşının taleyi hələ də naməlumdur.

Ramesh yaşadığı dəhşətli anları belə təsvir edib:

"Ətrafımda cəsədlər var idi, təyyarənin hissələri hər yanda idi. Kimsə məni tutdu və təcili yardıma mindirdi."

Ramesh sinəsində, gözlərində və ayaqlarında xəsarət alıb.

Ahmedabad Polis Komissarı GS Malik sağ qalan sərnişinlə bağlı bunları deyib:

"11A oturacağında bir nəfər sağ qalıb. Hazırda xəstəxanada müalicə olunur. Qəza yaşayış ərazisində baş verdiyi üçün ölüm sayı arta bilər."

Sosial şəbəkələrdə yayılan bir videoda yaralı Ramesh təcili yardıma doğru gedərkən görünür. Ətrafdakılar ondan qəza haqqında suallar verirlər. Ramesh o anları belə xatırlayır:

"30 saniyə ərzində güclü səs eşidildi və təyyarə qəfil yerə çırpıldı. Hər şey o qədər sürətli oldu ki, nə baş verdiyini belə başa düşmədim."

Qəza günorta saatlarında baş verib. Sosial mediada yayılan görüntülərdə təyyarənin alçaq hündürlükdə uçduğu, havada qalmağa çalışdığı görünür. Saat 13:38-də təyyarə yerə çırpılaraq nəhəng alov topuna çevrilib. Təyyarənin uzun məsafəyə - Londona uçduğu üçün yanacaqla tam dolu olduğu da bildirilir.

Ramesh Bucharvada-nın sağ qalması bir çoxları tərəfindən Tanrının müdaxiləsi və mucizə kimi qiymətləndirilir. Hadisə zamanı göstərilən möcüzəvi qurtuluş ümidin və həyatın gücünü bir daha xatırlatdı. Lalə Qüdrətova Son.az

Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır like
  • 13 İyn 00:01  
Digərləri Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir like
  • 12 İyn 23:53  
Şou-biznes "Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir

"Səs Azərbaycan"ın finalçısı Fuad Mehdiyevin sosial şəbəkəl�

arrow Ətraflı
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik" like
  • 12 İyn 23:45  
Digərləri Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranı ittiham edən qətn

arrow Ətraflı
Tolik həbs olunacaq? like
  • 12 İyn 23:10  
Şou-biznes Tolik həbs olunacaq?

Bir neçə gündür ki, sosial şəbəkələrin əsas gündəm mövzusu "To

arrow Ətraflı
“52 yaşlı xanımla görüşdüm”  VİDEO like
  • 12 İyn 22:14  
Şou-biznes “52 yaşlı xanımla görüşdüm” VİDEO

Aşıq Namiq Fərhadoğlu canlı efirdə ailə qurmaq üçün 52 yaşlı xanıml

arrow Ətraflı
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb like
  • 12 İyn 21:17  
Siyasət Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
“Yaxşı arvadın əri gəzməz”  Ofeliya Şabanova like
  • 12 İyn 21:10  
Şou-biznes “Yaxşı arvadın əri gəzməz” Ofeliya Şabanova

Müğənni Ofeliya Şabanova ailə həyatına dair açıqlaması ilə gündəmə

arrow Ətraflı
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz  SƏBƏB like
  • 12 İyn 20:51  
Digərləri Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz SƏBƏB

Bəzi istifadəçilər hələ də paltaryuyan maşının yuyulma dövrü bitdikd

arrow Ətraflı
Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar  siyahı like
  • 12 İyn 20:36  
Şou-biznes Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar siyahı

Sənət aləmində elə məşhurlar ki, övladları əsasən xarici ölkələrd�

arrow Ətraflı
Hava ilə bağlı vəziyyət dəyişir like
  • 12 İyn 20:20  
Digərləri Hava ilə bağlı vəziyyət dəyişir

İyun ayında Azərbaycanın bəzi bölgələrinə - Quba, Kəlbəcər və Şahd

arrow Ətraflı
Naibə Allahverdiyeva eksərinin o biri ailəsindən danışdı like
  • 12 İyn 19:58  
Şou-biznes Naibə Allahverdiyeva eksərinin o biri ailəsindən danışdı

Xalq artisti Naibə Allahverdiyeva ona şiddət göstərən həyat Yusif İsmay�

arrow Ətraflı
Elvin Hüseynov ölkəni tərk edibmiş  Axtarışa verildi like
  • 12 İyn 19:42  
Digərləri Elvin Hüseynov ölkəni tərk edibmiş Axtarışa verildi

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul ola

arrow Ətraflı
Azərbaycanda televiziya sədri işdən çıxarıldı like
  • 12 İyn 19:38  
Digərləri Azərbaycanda televiziya sədri işdən çıxarıldı

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Q

arrow Ətraflı
Təyyarədən yeganə sağ çıxan sərnişin bu sırada oturubmuş  etdiyi hərəkət onu xilas edib like
  • 12 İyn 19:36  
Dünya Təyyarədən yeganə sağ çıxan sərnişin bu sırada oturubmuş etdiyi hərəkət onu xilas edib

Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan Air India təyyar�

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 12 İyn 19:24  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.

arrow Ətraflı