Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib
Siyasət 12 İyn 2025 19:06:00 92 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Prezident fərman imzaladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.
L. Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. "Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi", - deyə o əlavə edib.
Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin "ordusu"nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək. Son.az
Xilasedicilər Hindistanın "Air India" aviaşirkətinə aid təyyarə

Əməkdar artist Rəşad İlyasov mərhum Xalq artisti İlhamə Quliyeva ilə il

Bakı şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai

Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən "Ukrayna - Cənu

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov v�

Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.

ABŞ-nin aviasiya nəhəngi "Boeing" şirkətinin səhmləri Nyu-York

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş K

Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adları

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 m

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən &quo

Azərbaycanda uşağın anadan olmasına görə 600 manat veriləcək.

Oktyabrın 30-dan Noyabrın 2-dək Azərbaycan Rəqs İttifaqının (AzDC) təş
