Mnatsakanyan Aprel döyüşündəki itkilərindən danışdı
Siyasət 12 İyn 2025 14:13:00 74 0
İyunun 12-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq "Aprel döyüşləri" adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb
Son.az AZƏRTAC-a istinadla xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin "müdafiə naziri" olan L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi "itirdiklərini" bildirib.
Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.
O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə "Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir" deyir. L. Mnatsakanyan jurnalistin "Düzdür ki, qarşı tərəf də müdafiə olunur?" sualına "Bəli" cavabını verir.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun "Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?" sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev i�

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Nobel Food

Xanəndə Kəmalə Nəsibova açıqlaması ilə marağa səbəb olub.

Artıq yay öz istisini göstərir. Havaların isinməsi ilə bir çox insanın

Xəbər verdiyimiz kimi, Hindistanın Əhmədabad şəhərində hava limanının

Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli "Vətənə xidmətə gör�

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim "Vətəndaş Mü

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmed: Fetihlər Su

Baki şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai r

Hindistanın Əhmədabad şəhərində hava limanının yaxınlığında 100-də

Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyü

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətl
