Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi 100 min itirdi


Şou-biznes 11 İyn 2025 13:11:00 111 0

Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi  100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən 1998-ci il təvəllüdlü Şəxsət Səfərova hökm oxunub.

Son.az qafqazinfoya istinadla bildirir ki, cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: "5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər".

E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim" şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.

Qaraçılarla bağlı narahatlıq yaranarsa, nə etməli? – DİNdən açıqlama like
  • 11 İyn 13:00  
Digərləri Qaraçılarla bağlı narahatlıq yaranarsa, nə etməli? – DİNdən açıqlama

Sosial şəbəkələrdə və gündəlik cəmiyyətdə qaraçılarla bağlı nara

arrow Ətraflı
10 nəfəri güllələyən məktəbli qətliamdan əvvəl anasına video göndəribmiş  FOTO like
  • 11 İyn 12:59  
Dünya 10 nəfəri güllələyən məktəbli qətliamdan əvvəl anasına video göndəribmiş FOTO

Qratsda 10 nəfəri qətlə yetirən şagird atəş açmazdan əvvəl anasına v

arrow Ətraflı
Məşhur bloqer Pərviz Bülbülənin cibini dollarla doldurdu like
  • 11 İyn 12:48  
Şou-biznes Məşhur bloqer Pərviz Bülbülənin cibini dollarla doldurdu

Meyxanaçı Pərviz Bülbülənin məclislərin birindən görüntüsü yayılı

arrow Ətraflı
Emil Həsənova Rusiyada vəzifə verildi like
  • 11 İyn 12:22  
Digərləri Emil Həsənova Rusiyada vəzifə verildi

Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyy

arrow Ətraflı
Azərbaycanda müəllimlər qəzaya düşdü  Ölən var like
  • 11 İyn 12:11  
Digərləri Azərbaycanda müəllimlər qəzaya düşdü Ölən var

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların ad

arrow Ətraflı
“Ana, mən qayıtdım” – Ukraynalı əsirin azadlıq zəngi ürəkləri dağladı like
  • 11 İyn 11:51  
Dünya “Ana, mən qayıtdım” – Ukraynalı əsirin azadlıq zəngi ürəkləri dağladı

İllərlə əsirlikdə qalan gənc əsgərdən anasına zəng: "Ana, mən evdəy

arrow Ətraflı
“İmtahanda haqsızlığa uğradıq” – Tələbələr DİMə qarşı like
  • 11 İyn 11:41  
Digərləri “İmtahanda haqsızlığa uğradıq” – Tələbələr DİMə qarşı

Bu il mayın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezide

arrow Ətraflı
Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir like
  • 11 İyn 11:33  
Siyasət Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir

Son aylarda baş verən hadisələr İrəvanda uzun müddət səssiz qalan bir r

arrow Ətraflı
Azərbaycanlı diplomat evində ölü tapıldı like
  • 11 İyn 11:29  
Digərləri Azərbaycanlı diplomat evində ölü tapıldı

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışm�

arrow Ətraflı
Anar Cəbrayıllı yeni vəzifəyə getdi like
  • 11 İyn 11:28  
Digərləri Anar Cəbrayıllı yeni vəzifəyə getdi

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı

arrow Ətraflı
Bakıda “moyka” faciəsi  Ölən var like
  • 11 İyn 11:23  
Digərləri Bakıda “moyka” faciəsi Ölən var

Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadi

arrow Ətraflı
Ali məktəblərdə ən çox plan yerləri ayrılan ixtisasların siyahısı AÇIQLANDI like
  • 11 İyn 11:21  
Digərləri Ali məktəblərdə ən çox plan yerləri ayrılan ixtisasların siyahısı AÇIQLANDI

Bu il ali təhsil müəssələrinə dövlət sifarişli yerlərin sayı artıb.

arrow Ətraflı
Yay fəslinin Azərbaycana daxil olacağı tarix bəlli oldu like
  • 11 İyn 11:17  
Digərləri Yay fəslinin Azərbaycana daxil olacağı tarix bəlli oldu

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də dax

arrow Ətraflı