Əri ona xadimə ilə xəyanət edibmiş Məşhur plastik cərrahın qətlinin şok


Kriminal 11 İyn 2025 00:15:00 97 0

Əri ona xadimə ilə xəyanət edibmiş  Məşhur plastik cərrahın qətlinin şok

2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkan Gündüzün (Hacıyevanın) bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib. 

Muhammet Gündüz 1967-ci ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, əvvəllər məhkum olunmayıb. Türkan Gündüz tanınmış plastik-cərrah olub. Bakıda bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə "Acıbadem" xəstəxanasında işləyib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, Muhammet Gündüz Türkan Hacıyeva ilə 2002-2014-cü illərdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurublar. 2018-ci ildən etibarən Türkan plastik-cərrah kimi işləyərək pul qazanıb, dəfələrlə evə gec gəlib və ərinə kobud qaydada cavab qaytarıb. Həmçinin qadın spirtli içki qəbul edib, ərinin telefon zənglərinə cavab verməyib, Muhammet Gündüzlə birgə Türkiyədə yaşamaqdan imtina dib və hətta dərman vasitəsilə onunla cinsi əlaqədə olmasını söyləyib. Bu səbəblə Muhammet Gündüz arvadının ona bir ər kimi hörmət etmədiyini düşünüb. Bu zəmində baş verən davamlı mübahisələr nəticəsində aralarında soyuqluq  yaranıb. Buna aydınlıq gətirməkdən ötrü mayın 7-də növbəti dəfə söhbət edərkən, qadın kobud şəkildə onunla birlikdə yaşamaq istəmədiyini bildirib. Masadakı şirniyyatı üstünə atıb üzərinə gələndə, yaranmış qəzəb fonunda Muhammet Gündüz dolabdan açılıb-qatlanan, məişət təyinatlı bıçağı götürüb. Müstəsna dərəcədə rəhmsizliklə 2011-ci il təvəllüdlü övladının gözləri qarşısında qadının döş qəfəsinə və qarnına çoxsaylı zərbələr endirib. Nəticədə qadın ölüb.

İş üzrə dindirilmiş Muhammet Gündüz bildirib ki, Türkan Gündüzlə tanış olanda o tələbə idi. Aralarında sevgi münasibəti yaranıb:

"Valideynlərim Türkanla ailə qurmasına razı olmasa da, öz bildiyim kimi hərəkət etdim. Arvadım 2018-ci ildən işləməyə başladı. Türkanın bacısı ailə işlərimizə müdaxilə edərək, məni xadimə ilə cinsi əlaqədə olmaqda günahlandırsa da, belə bir hal baş verməmişdi. Günlərin gir günü Türkanın anası zəng edərək, atasının səhhətində ciddi problemlər olduğunu və qızının yanında olmasını istədiyini bildirdi. Mən də təbii ki, buna etiraz etmədim. Arvadımı və qızımı Azərbaycana yola saldım.

Amma 2 gündən sonra Türkanın məndən boşanmaq istəməsi barədə iddiasına dair rəsmi bildiriş aldım. Bununla əlaqədar ona zəng edib səbəbini soruşanda yoldaşım xadimə ilə olan kamera görüntülərini gördüyünü dedi. Ona vəziyyəti izah etdim, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı söylədim. Təxminən bir həftədən sonra yoldaşıma məlumat vermədən Bakıya gəldim. Sırf qadını öldürmək məqsədi ilə gəlməmişdim. Bakıda olanda Türkan sərxoş halda mənə zəng edərək, tibb bacısı ilə Gəncə şəhərində olduğunu dedi. Yoxlamaq üçün telefonu həmin tibb bacısına verməsini tələb etdikdə, o, bundan imtina etdi".

Türkan Muhammetin ünvanına nalayiq ifadələr işlədib və sonra telefonu söndürüb. Yenidən arvadına zəng edərək, Gəncəyə gələcəyini deyib:

"Kürdəmir rayonuna çatanda, Türkan artıq evdə olduğunu bildirdi. Buna görə geri qayıtdım və Bakıda, Nərimanov rayonunda yerləşən evə gəldim. Türkan uzun müddətdən sonra qapını açdı. Bir daha ona xəyanət etmədiyimi bildirsəm də, arvadım buna inanmadığını söylədi. Mayın 7-də Novxanıda yenidən aramızda mübahisə yarandı. Türkan mənim və valideynlərimin ünvanına söyüş söyəndə, ona dəfələrlə xəbərdarlıq etdim ki, sözlərinə fikir versin. Yoldaşım masada olan qabı üzərimə atanda, dolabdan meyvə soyduğumuz bıçağı götürdüm. 3-4 dəfə sinəsinə və qarınına zərbələr endirdim. 

Türkan qapıyə tərəf qaçdı. Səsimizi eşidib otağa girən qızım Sibel anasını vurmamağımı deyəndə, ona otağına keçməsini tapşırdım. Axırıncı zərbəni arxadan, qadının böyründən vurdum. Türkan yataq otağının qarşısında yerə yıxıldı.

Qızıma Təcili Tibbi Yardıma və xalasına zəng etməsini dedim. Çağırışa gələn briqadaya ünvanı izah etdim. Polis əməkdaşları gələrək, məni idarəyə apardılar".

Günün qoroskopu: Zehni yüklənmə yüksəkdir like
  • 11 İyn 00:01  
Digərləri Günün qoroskopu: Zehni yüklənmə yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ən yüksək balı bu qız topladı like
  • 10 İyn 23:52  
Digərləri Ən yüksək balı bu qız topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 11 may 2025-c

arrow Ətraflı
“Üç kiçik xuliqan” – Lavrov hansı ölkələri nəzərdə tutur? like
  • 10 İyn 23:47  
Digərləri “Üç kiçik xuliqan” – Lavrov hansı ölkələri nəzərdə tutur?

Latviya, Litva və Estoniyanın xarici siyasətindən danışan Rusiyanın xaric

arrow Ətraflı
Atasının vəfatından sonra ilk dəfə efirdə like
  • 10 İyn 22:31  
Şou-biznes Atasının vəfatından sonra ilk dəfə efirdə

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı atasının vəfatından sonra ilk

arrow Ətraflı
Türk İnvestisiya Fondu inkişaf edə biləcəkmi? like
  • 10 İyn 22:00  
Digərləri Türk İnvestisiya Fondu inkişaf edə biləcəkmi?

"Son illər Türk dövlətləri arasında əməkdaşlıq istiqamətində at

arrow Ətraflı
Qardaşı Dəryanın ölümündən danışdı  tələbə deyilmiş... like
  • 10 İyn 21:46  
Digərləri Qardaşı Dəryanın ölümündən danışdı tələbə deyilmiş...

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda 20 yaşlı Dərya Namiz

arrow Ətraflı
Azərbaycanlı aktrisanın toyudur like
  • 10 İyn 21:43  
Şou-biznes Azərbaycanlı aktrisanın toyudur

Tanınmış aktrisa Ləman Mərrihlə rejissor Emil Abdullayevin qız toyu keçi

arrow Ətraflı
Paltar asmaq istədi  3cü mərtəbədən yıxıldı like
  • 10 İyn 21:26  
Digərləri Paltar asmaq istədi 3cü mərtəbədən yıxıldı

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəb�

arrow Ətraflı
“102”yə əsassız zənglər etdi, həbs olundu like
  • 10 İyn 21:10  
Kriminal “102”yə əsassız zənglər etdi, həbs olundu

Masallıda sərxoş kişi öz başına iş açıb.

arrow Ətraflı
Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ like
  • 10 İyn 20:55  
Digərləri Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili ENİŞ ETDİ

20:55 Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş

arrow Ətraflı
Vardanyanın məhkəməsi: zərərçəkmişlər ifadə verdi like
  • 10 İyn 20:45  
Siyasət Vardanyanın məhkəməsi: zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
"Nənəm bacıma deyirdi ki, qızını Brilliantın yanından çək, ərə getsin" like
  • 10 İyn 20:44  
Şou-biznes "Nənəm bacıma deyirdi ki, qızını Brilliantın yanından çək, ərə getsin"

"Məni heç vaxt stilist geyindirə bilməz. Ancaq özüm geyinirəm. Buna

arrow Ətraflı
“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu indi haradadır? like
  • 10 İyn 20:14  
Şou-biznes “Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu indi haradadır?

Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illə

arrow Ətraflı
Efirdə göz yaşları "sel oldu"  VİDEO like
  • 10 İyn 19:44  
Şou-biznes Efirdə göz yaşları "sel oldu" VİDEO

Müğənni Rahidə Baxışova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı