Azərbaycanın 700 bal toplayanları 116 nəfər indi harada işləyir və necə yaşayır? ARAŞDIRMA


Digərləri 10 İyn 2025 19:30:00 110 0

Azərbaycanın 700 bal toplayanları  116 nəfər indi harada işləyir və necə yaşayır?  ARAŞDIRMA

Hər il ali məktəblərə qəbul imtahanında nə qədər abituriyentin 700 bal toplayacağı, onların hansı universiteti və ixtisasları seçəcəyi, həmin şəxslərin kimlər olacağı diqqət mərkəzində olur. Bu böyük uğura imza atanlar arasında liseylərdə, rayon və kənd orta məktəblərində təhsil alan şagirdlər var.

Onların bu uğuru necə əldə etdikləri müzakirə olunduğu kimi sonrakı fəaliyyətləri də maraqlıdır.

Bəs görəsən 700 bal toplayanların tam siyahısı mövcuddurmu? Bununla hansısa qurum məşğul olurmu? Həmin şəxslər hazırda hardadırlar və hansı sahədə fəaliyyət göstərirlər? İmtahanda topladıqları bu yüksək göstərici onların həyat yoluna necə və hansı formada təsir göstərib?

Teleqraf-ın budəfəki araşdırmasında bu suallara cavab tapmağa çalışıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) 2007-ci ildən bu günə qədər ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olundu. Məlumatda yalnız illər üzrə bu balı toplayanların sayı var idi.

Məlum oldu ki, ən çox 700 bal toplayanlar 2018-ci ildə qeydə alınıb.

2007 - 3

2008 - 6

2009 - 2

2010 - 7

2011 - 4

2012 - 5

2013 - 6

2014 - 9

2015 - 15

2016 - 10

2017 - 15

2018 - 29

2019 - 0

2020 - 0

2021 - 0

2022 - 1

2023 - 0

2024 - 2

Göründüyü kimi, 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti üç il ard-arda heç kim bu nəticəni əldə edə bilməyib. Ekspertlər bunun səbəbini bir neçə faktorla izah edirlər: o dönəmdə pandemiya, təhsilin distant formada keçirilməsi və məhz 2019-cu ildən qəbul imtahanlarının kurikulum sistemi əsasında həyata keçirilməsidir.

Daha sonra müraciət etdiyimiz Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, 700 bal toplayan şəxslərlə bağlı ünvanlanan suallar yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən cavablandırıla bilər.

Beləliklə iş başa düşdü: 700 bal toplayan məzunların əksəriyyətinin seçimi olan - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Akademiyası, İqtisad Universitetinə müraciət etdik. Təəssüf ki, nəticə o qədər də ürəkaçan olmadı, universitetlər onlarda belə siyahıların olmadığını bildirdilər. Tək-tük ali təhsil ocağı bu məsələdə seçilməyi bacardı.

Kimi direktor, kimi hələ də tələbə...

Bakı Mühəndislik Universiteti Teleqraf-ın sorğusuna cavab olaraq 2007-ci ildən bu yana 700 bal toplayan 116 abituriyentdən 5 şəxsin sözügedən universitetin məzunu olduğunu bildirdi. Onların adlarını və hazırda harda, nə işlə məşğul olduğuna dair məlumat isə bu formadadır:

Orxan Səfərov - Mühəndislik fakültəsi "Sənayenin təşkili və idarə edilməsi" ixtisası - "Avromed Company" QSC-nin Daxili audit departamentinin direktoru

Flora Həsənova - Pedaqoji fakültə "Tərcümə" ixtisası - Özəl təhsil kursunda çalışır

Məmməd Hacılı - Mühəndislik fakültəsi "Kompüter mühəndisliyi" ixtisası - "SOCAR Downstream"-da Proses üzrə böyük mühəndis

Fatima Zəhra Nəbizadə - Mühəndislik fakültəsi "Kimya mühəndisliyi" ixtisası - "London Imperial College"də "advanced chemical engineering" üzrə magistraturaya qəbul olub

Əli Allahverdiyev - Mühəndislik fakültəsi "Maşınqayırma" ixtisası - Rusiyada magistratura səviyyəsində təhsil alır.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə bildirildi ki, indiyə kimi 700 bal toplayan 4 məzunu olub. 2016-cı tədris ilində Şahbaba Məmmədov, 2017-ci ildə Cavad Əliyev, Arzu Məmmədzadə, 2018-ci ildə Rəmzi Abıyev UNEC-ə qəbul olub. Hər biri UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ingilisdilli) Maliyyə ixtisası üzrə təhsil alıb.

1 milyondan çox təqaüd qazanan azərbaycanlı

"Arzu Məmmədzadə isə hazırda ABŞ-də işləyir", - məlumatda qeyd olunub.

Arzu ilə bağlı sosial şəbəkədə paylaşımlara tez-tez rast gəlmək mümkündür. Məlumata görə, Arzu UNEC-in III kursunda ABŞ səfirliyinin tam təqaüdü ilə 1 semestrlik ABŞ-də təhsil alıb. Bakalavr təhsilindən sonra 3 il "Paşa Bank"da Maliyyə mütəxəssisi kimi çalışıb. GMAT imtahanından 740 bal toplayaraq dünya üzrə yüksək nəticə göstərib və Amerikanın 9 universitetinə MBA pilləsi üzrə qəbul alıb. Bu universitetlərdən 8-dən full təqaüd qazanıb. ABŞ universitetlərindən toplam qazandığı təqaüd 1 milyon dollardan çoxdur. O, bu il "Emory Universiteti" - Goizueta Biznes Məktəbindəki təhsilini başa vurub.

Son illər 700 bala həsrət qalan bir çox universitetlər var ki, onlardan biri də Azərbaycan Tibb Universitetidir.

Təhsil ocağından sorğumuza cavab olaraq bildirildi ki, 2019-cu ildən 2024-cü ilə qədər 700 bal toplayan məzunları olmayıb.

Universitetlərdən ala bildiyimiz məlumatlar burada bitdi. Növbəti etapda ad-ad axtarışlara başladıq. Öncə 2007-ci ildə qəbul imtahanında maksimum - 700 balı toplayan ilk üç nəfərdən başlayaq: Emil Abbasov, Cavid Mustafayev, Nərgiz İsmayılbəyli.

Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Daha sonra Azərbaycana gəlib, son məlumatlara görə ADA universitetində çalışır.

Cavid Mustafayev Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika" ixtisasında oxuyub. Onun barəsində qısa məlumatı vaxtilə təhsil aldığı 247 nömrəli məktəbin saytından əldə edə bildik. Məktəbin fərqlənən məzunlarından olan Cavid "Ernst&Young şirkəti"ində auditor kimi çalışır.

Ən dadlı və şirəli kabab bu ət növündən alınır like
  • 10 İyn 19:14  
Digərləri Ən dadlı və şirəli kabab bu ət növündən alınır

Ləzzətli və şirəli kabab hazırlamaq üçün düzgün əti seçmək, onu ma

arrow Ətraflı
Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq like
  • 10 İyn 18:58  
Digərləri Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq

Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq.

arrow Ətraflı
"29 yaşımdan dul qalmışam, yalan deyim ki, heç kim olmayıb həyatımda?" like
  • 10 İyn 18:30  
Şou-biznes "29 yaşımdan dul qalmışam, yalan deyim ki, heç kim olmayıb həyatımda?"

Meyxanaçı-müğənni Samirə Yusifqızının açıqlaması marağa səbəb olu

arrow Ətraflı
Rusiyada təyyarə ilə əlaqə itdi like
  • 10 İyn 18:14  
Digərləri Rusiyada təyyarə ilə əlaqə itdi

Rusiyada təyyarə ilə əlaqə itib.

arrow Ətraflı
Çəkisi 29 kiloqrama düşən fenomen reanimasiyaya yerləşdirildi like
  • 10 İyn 18:00  
Şou-biznes Çəkisi 29 kiloqrama düşən fenomen reanimasiyaya yerləşdirildi

2023-cü ilin noyabrında çirkli pulların yuyulması və dələduzluq ittiham�

arrow Ətraflı
Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər like
  • 10 İyn 17:53  
Digərləri Türkiyə universitetlərində çalışmaq istəyənlərə pis xəbər

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan x

arrow Ətraflı
Beş kənddə qaz olmayacaq like
  • 10 İyn 17:45  
Digərləri Beş kənddə qaz olmayacaq

Saatlı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq like
  • 10 İyn 17:44  
Digərləri Restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq

Qazaxıstanda kriptokart dövrü başlayır, yəni alış-veriş və restoranda

arrow Ətraflı
Azərbaycanda ağır qəza  bir ailənin beş üzvü... like
  • 10 İyn 17:40  
Digərləri Azərbaycanda ağır qəza bir ailənin beş üzvü...

Lənkəranda bir ailənin 5 üzvü qəzaya düşüb.

arrow Ətraflı
"Şirin görünsə də, can yaxandır" like
  • 10 İyn 17:36  
Şou-biznes "Şirin görünsə də, can yaxandır"

Müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yasaq sevgidən yazı

arrow Ətraflı
Azərbaycanda çoxuşaqlı ailə anlayışı dəyişəcək?  Nazirlikdən cavab like
  • 10 İyn 17:30  
Digərləri Azərbaycanda çoxuşaqlı ailə anlayışı dəyişəcək? Nazirlikdən cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışı

arrow Ətraflı
“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…” like
  • 10 İyn 17:25  
Digərləri “Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”

Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin or

arrow Ətraflı
İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? like
  • 10 İyn 17:20  
Digərləri İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu

arrow Ətraflı
Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü həbs olundu like
  • 10 İyn 17:14  
Digərləri Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü həbs olundu

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü 1

arrow Ətraflı
Avstriyada məktəbə hücum edən şəxsin kimliyi məlum oldu like
  • 10 İyn 17:11  
Dünya Avstriyada məktəbə hücum edən şəxsin kimliyi məlum oldu

Xəbər verdiyimiz kimi, Avstriyanın cənubundakı Qrats şəhərində orta mə

arrow Ətraflı