“ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir
Dünya 09 İyn 2025 14:13:00 70 0
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir.
Bu xəbəri də oxu: Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "əş-Şarq əl-Avsət" qəzetinə müsahibəsində yer alıb.
Cari ilin aprel ayında ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildirən səfir, bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.
Müsahibədə, həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəçarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "Aqua Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.
Eyni zamanda, müsahibədə xatırladılır ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.
Eyni zamanda, müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.
Toyların birindən olan görüntü geniş müzakirələr yaradıb.

Əməkdar artist Coşqun Rəhimov nəvəsinin görüntülərini paylaşıb.

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edi

Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nomin

"Dörd oğlan 14 yaşlı qızın başına oyun açdı, harada idiniz?"

II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktd

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

İyun ayının bürcün bu əlamətləri üçün son dərəcə vacib sınaqlar a

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Monakoya döv

Londonda konserti zamanı dünya ulduzu Beyons gözlənilməz biabırçılıqla

AQTA "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Riga
