Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı Məhkəmə
Siyasət 05 İyn 2025 20:02:00 83 0
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.
Bu xəbəri də oxu: İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, həmin vaxt qondarma rejimin "müdafiə naziri" olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. "Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım", - deyə o əlavə edib.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
Levon Mnatsakanyan Aprel döyüşləri zamanı "D-20", "D-30" silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək. Son.az
Türkiyəli aktyor Burak Deniz şəxsi həyatı ilə gündəmə gəlib.

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-c

2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş e

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin səhhəti və qərarvermə qab

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amm

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 m

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial

Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün av

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqq�

"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi

Bakı-Qazax sürət qatarının qiyməti məlum olub.
