Bakıda qeyristeril şəraitdə prosedur: Həkim pasiyentinin elə görüntüsünü paylaşdı ki...


Digərləri 04 İyn 2025 20:09:00 93 0

Bakıda qeyristeril şəraitdə prosedur: Həkim pasiyentinin elə görüntüsünü paylaşdı ki...

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

Bu xəbəri də oxu: Bu maşınlar kəskin bahalaşacaq

Son.az oxu.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib. 

Məsələ ilə bağlı Oxu.Az-a danışan həkim, professor Adil Qeybulla qeyd edib ki, həkim pasiyentin fərdi məlumatlarını gizli saxlamağı bacarmalıdır:

"Helsinki Bəyannaməsinin müddəalarına görə, tibb sahəsində insanların bütün fərdi məlumatlarını həkim özündə saxlamağı bacarmalıdır və insanın şəxsiyyətinə hörmət etməlidir. Xəstə huşsuz, narkoz altında və s. hallarda ola bilər. Buna baxmayaraq, bütün hallarda onun şəxsiyyətinə hörmət tibb işçisinin əsas vəzifəsindən biridir".

Professor vurğulayıb ki, sterillik haqqında anlayış olmayan yerdə tibdən söhbət gedə bilməz:

"Bütün tibb işçilərinin sterillik haqqında düzgün təsəvvürü olmalıdır. Əks halda, onlar sterilliyi pozub, çox ciddi təhlükələr yarada bilərlər.

Əməliyyat aparılan sahədə hər şey steril olmalıdır. Əməliyyata girən istər həkim, istər pasiyent, istərsə də tibb bacısı - hər birinin başında papaq, ağzında maska, əlində də steril əlcək olmalıdır.

İynə ilə biopsiya nümunəsi götürülən zaman da başa papaq, ağıza maska mütləq taxılmalıdır. Şəraitin steril olub-olmamasını isə kənardan demək olmur. Xəstənin və həkimin başında papağın, ağzında maskanın olmaması ilə orada sterilliyə biganə yanaşıldığı görünür. Prosedur otağına keçən həkim başına papaq, ağzına maska, əlinə də steril əlcək taxmalıdır".

O, həmçinin qeyd edib ki, Azərbaycan mentalitetini nəzərə alıb, xanımlara qarşı daha diqqətli olmaq lazımdır:

"Heç bir xəstənin sirrini açmaq olmaz. Bu demonstrativ situasiyada tibbi prosedurların aparılması bir qayda olaraq qadağan edilməlidir. Yalnız elmi konfranslar üçün mümkün oluna bilər, o da xəstənin şəxsiyyəti identifikasiya olunmamaq şərti ilə.

Bu məsələlər son dərəcə diqqət tələb edir. Hazırda hüquqi boşluqlar olduğundan bu məsələlər keçərlidir. Amma belə hallar zaman gəldikdə hüquqi məsuliyyət yarada bilər. O baxımdan da hər bir tibb işçisi bu prosesdə diqqətli olmalıdır. Şəxsiyyətə hörməti nəzərə almalıdırlar. Xəstənin etibarına hörmətlə yanaşılmalıdır. Bu, bir peşə əqidəsidir".  

Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü like
  • 04 İyn 20:04  
Digərləri Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkda�

arrow Ətraflı
Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri həbs edildi like
  • 04 İyn 19:43  
Kriminal Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri həbs edildi

Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən pr

arrow Ətraflı
Məşhur müğənnidə xərçəng aşkarlandı like
  • 04 İyn 19:14  
Şou-biznes Məşhur müğənnidə xərçəng aşkarlandı

Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəz

arrow Ətraflı
Cənubi Koreya yeni prezidentini seçdi like
  • 04 İyn 18:55  
Dünya Cənubi Koreya yeni prezidentini seçdi

Cənubi Koreyanın yeni prezidenti müəyyənləşib.

arrow Ətraflı
Kart oğurluğu “OFFLINE”da olur!  XƏBƏRDARLIQ like
  • 04 İyn 18:31  
Digərləri Kart oğurluğu “OFFLINE”da olur! XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular - skimmerlər bank kartınızın m�

arrow Ətraflı
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK like
  • 04 İyn 18:29  
Digərləri Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Nisə Qasımova uzun müddət sonra tanınmaz halda like
  • 04 İyn 18:19  
Şou-biznes Nisə Qasımova uzun müddət sonra tanınmaz halda

Xalq artisti Nisə Qasımova Axşam.az obyektivinə tuş gəlib. 

arrow Ətraflı
Dövlət yalana qarşı: dezinformasiyaya hüquqi cavabın anatomiyası like
  • 04 İyn 18:06  
Siyasət Dövlət yalana qarşı: dezinformasiyaya hüquqi cavabın anatomiyası

XXI əsr bir miflə vidalaşma dövrüdür. Müharibələr artıq tank və top s

arrow Ətraflı
Zelenski orduda kadr dəyişikliyi edəcək like
  • 04 İyn 18:00  
Dünya Zelenski orduda kadr dəyişikliyi edəcək

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklik

arrow Ətraflı
Baku Piano Festival 2025 gəlir like
  • 04 İyn 17:43  
Kriminal Baku Piano Festival 2025 gəlir

Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Pia

arrow Ətraflı
Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi like
  • 04 İyn 17:38  
Dünya Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyal

arrow Ətraflı
" Aygün Kazımovaya söz deyəni verilişdən qovardım" like
  • 04 İyn 17:35  
Şou-biznes " Aygün Kazımovaya söz deyəni verilişdən qovardım"

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı  DTX və DMX hərəkətə keçdi like
  • 04 İyn 17:23  
Digərləri Azərbaycanda qanunsuz dini təbliğatın qarşısı alındı DTX və DMX hərəkətə keçdi

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hü

arrow Ətraflı
Bu böcəyi diri tutanlara pul mükafatı verilir  23 ədədi 1 manatdan like
  • 04 İyn 17:15  
Digərləri Bu böcəyi diri tutanlara pul mükafatı verilir 23 ədədi 1 manatdan

Türkiyənin Ordu vilayətində kənd təsərrüfatı üçün ciddi təhlükə h

arrow Ətraflı