Tokioda 28 May Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib FOTO
Digərləri 04 İyn 2025 14:05:00 110 0
Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tokioda 28 May - Müstəqillik Günü və "Osaka Ekspo 2025" çərçivəsində tədbir keçirilib.
Bu xəbəri də oxu: Azərbaycanda oğul anasının ölümünə görə tutuldu
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya hökumətinin rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Yaponiyanın Dövlət himnləri yaponiyalı müğənni Kyoko Yamamoto tərəfindən canlı ifa edilib.
Səfir Gürsel İsmayılzadə 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə firavan ölkəyə çevrildiyini, sosial-iqtisadi sahədə böyük inkişafa nail olmaqla əhalinin rifahının yüksəldiyini bildirib. 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunduğunu vurğulayan diplomat bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu, habelə ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qələbənin 5-ci ildönümü olduğunu diqqətə çatdırıb. Ölkəmizin Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən coğrafi, siyasi, enerji, nəqliyyat, ticarət körpüsü olduğunu bildirən diplomat əlavə edib ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr Avrasiyada enerji və nəqliyyat xəritələrini dəyişib, çoxtərəfli səmərəli əməkdaşlığa yol açıb. Gürsel İsmayılzadə ölkəmizin Osaka şəhərində "Ekspo 2025"də fəal iştirakına toxunaraq, Azərbaycan milli pavilyonunun "A" kateqoriyalı pavilyonlar sırasında olduğunu diqqətə çatdırıb.
Yaponiya xarici işlər nazirinin parlament müavini, Yaponiya parlamentinin ilk türkəsilli deputatı xanım Eri Arfiya Azərbaycan dilində çıxış edərək, Yaponiya hökuməti adından xalqımıza təbriklərini çatdırıb. İki ölkə arasında 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri yaxşı siyasi əlaqələrə, sıx iqtisadi əməkdaşlığa əsaslanan dostluğun təmin oldunduğunu vurğulayan Eri Arfiya bu əlaqələrin inkişafına parlamentlərin də böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın Osakada keçirilən "Ekspo 2025"də fəal iştirakına toxunaraq, milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini, əsrarəngiz təbiətini təqdim etdiyini deyib.
Ötən il COP29 tədbiri zamanı Azərbaycanda səfərdə olduğunu bildirən Yaponiyanın ətraf mühit naziri Asao Keyiçiro ölkəmizin beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyini deyib, tədbir çərçivəsində qazanılan nailiyyətlərin iqlim dəyişmələri ilə mübarizəyə önəmli töhfələr verəcəyinə ümidvar olduğunu ifadə edib.
Yaponiya parlamentində Azərbaycan üzrə dostluq qrupunun fəxri sədri Akira Amari və qrupun sədri Tanaka Kazunori Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
Sonra keçirilən konsert proqramında klassik əsərlərdən parçalar, xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Qaregin Njde küçəsində y

Tədris ilinin sonuna yaxınlaşdıqca təhsil işçilərini düşündürən mə

Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çe

"Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2

Bakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevə ağır itki üz verib

Son 12 ildə Azərbaycanda maqnitudası 5-6 arası olan zəlzələlərin sayınd

Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçiləri

AI Avtomatik Soyutma rejimi ilə Samsung evdə sərinləmə təcrübəsini kök�

Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)

Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən

Azərbaycanda iyunun 5-də bəzi yerlərdə arabir yağış yağacaq.

Bu ilin Air Cargo Europe tədbirinin ən yadda qalan məqamlarından biri Silk W

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin &
