Avtomobil satışında yeni fırıldaq üsulu
Digərləri 03 İyn 2025 10:19:00 92 0
Belə elanlara aldanıb maşınınızı "havayı" satmayın - Qiymətlər qəsdən manipulyasiya edilir
Bu xəbəri də oxu: 39 min aliment borcu yaranan ata məhkəmə zalında HƏBS EDİLDİ
İkinci əl avtomobil bazarında fırıldaqçılığın yeni üsulu yayılıb: sosial şəbəkələrdə və elan saytlarında ucuz qiymətə təqdim olunan avtomobillər reallıqda mövcud deyil. Məqsəd isə sadədir - alıcını salonlara cəlb edib, daha bahalı avtomobillərə yönləndirmək.
"Əlimyandı", "cekpot" və başqa bu kimi formalarda təqdim olunan bəzi maşınlar ucuz qiymətə satışa çıxarılsa da, ünvanına getdikdə həmin avtomobilin artıq satıldığı bildirilir. Ancaq eyni avtomobil başqa alqı-satqı platformasında daha baha qiymətə hələ də qalır.
Araşdırmalar göstərir ki, bəzi şəxslər bazarda süni şəkildə qiymət manipulyasiyası ilə məşğuldur. Onlar real bazar dəyərindən qat-qat ucuz avtomobil elanları yerləşdirərək alıcıları cəlb edir, sonra isə ya həmin avtomobilin satıldığını deyirlər, ya da başqa, daha bahalı modelləri təqdim edirlər. Digər tərəfdən, bu taktika bəzi hallarda avtomobil sahiblərini də ucuz qiymətə satışa məcbur etmək məqsədi daşıyır.
Bu üsul təkcə Azərbaycanda deyil, Türkiyədə də yayılmışdı və həmin ölkədə bu tip saxta elanlar yerləşdirən şəxslər hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə saxlanılıb.
Avtomobil mütəxəssisləri alıcıları ehtiyatlı olmağa çağırır. Xüsusilə internetdə təqdim olunan şübhəli dərəcədə ucuz qiymətə inanmaq əvəzinə, avtomobilin texniki vəziyyəti, ehtiyat hissələrinin mövcudluğu və servis tarixi kimi faktorlara əsaslanaraq qərar verilməlidir. Əks halda, alıcı həm maddi ziyana düşə bilər, həm də uzunmüddətli texniki problemlərlə qarşılaşa bilər.
İslam Son.az
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb,

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley

Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xəbər verdiyimiz kimi, Muğlada 5,8 bal gücündə zəlzələ baş verib.

Paytaxtda və bölgələrdə küləkli hava şəraiti müşahidə olunur.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova ağır itki ü

Yeni araşdırmalar və psixoloqların müşahidələrinə əsasən, sosial şə

Türkiyə istehsalı reytinqli "Uzak şehir" serialında Fidan Albora

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən danışıqlarda ik

Əməkdar artist Gülüstan Əliyeva "Rəngarəng" verilişinə telefo

ABŞ-da 1920-ci ildə qüvvəyə minən "Quru Qanun" (Prohibition) spr

İsraildə ilk dəfə süni ürək transplantasiyası uğurla həyata keçirilib

Gecə saatlarında yediyiniz qidalar yuxu keyfiyyətinə, həzm sisteminizə və
