İsrail müdafiə naziri HƏMASı niyə hədələdi? Müharibə davam edəcək


Siyasət 02 İyn 2025 17:30:00 113 0

İsrail müdafiə naziri HƏMASı niyə hədələdi?  Müharibə davam edəcək

İsrailin müdafiə naziri İsrael Katz Fələstinin radikal "HƏMAS" hərəkatı ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun irəli sürdüyü təklifdən imtina edəcəyi təqdirdə onu məhv edəcəyi ilə hədələyib.

O, bu barədə "X"də yazıb:

"HƏMAS qatillərinin iki seçimi var: ya girovların azad olunması ilə bağlı Uitkoffun irəli sürdüyü təklifi qəbul etmək ya da məhv olmaq", - İsrailin müdafiə naziri əlavə edib.

Nazir əlavə edib ki, İsrail ordusu Qəzzada bütün gücü ilə əməliyyatları davam etdirir, yerli əhalini döyüş bölgələrindən təxliyə etməklə yanaşı ərazilərə havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücum edir: 

"Terrorçuları məhv etdikdən və ərazini təmizlədikdən sonra ordumuz istənilən təhlükəni aradan qaldıracaq. Bu yolla İsrail öz müharibə məqsədlərinə çatacaq, yəni bütün girovları azad etmək, eyni zamanda "HƏMAS"a təzyiq göstərərək məğlub etmək".

Bir neçə gün əvvəl tərəflər arasında arəşkəsin əldə olunmasına baxmayaraq, sonradan məlumat yayıldı ki, HƏMAS buna razılıq verməyib. 

Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib.

Onun sözlərinə görə, indiki məqamda İsrailin mövqeyinin getdikcə yumşalması təəccüblü olmamalıdır:

"Birincisi ona görə ki, beynəlxalq ictimaiyyətin Təl-Əvivə təzyiqi tədricən artır. İkincisi və daha vacibi isə odur ki, ABŞ ilə İsrail arasında "soyuq küləklər" əsir. ABŞ İsrailin gözləntilərindən fərqli olaraq İrana hücuma icazə vermədi. Davam edən fikir ayrılığı fonunda Vaşinqton gələcəkdə Təl- Əvivə dəstəyi daha da azalda bilər. Bu isə İsrailin işini çətinləşdirəcək. 

Vaşinqton- Ankara münasibətləri, həmçinin ABŞ-nin Suriya ilə münasibətləri inkişaf etdirmək niyyəti, bu ölkədə səfirlik açma planı da İsraili narahat edir. Bundan əlavə, İsrail hərbi - siyasi elitasında da gərginlik var. Bu fikir ayrılığının getdikcı artması ehtimalı təhlükəlidir. 

Bütün bunları nəzərə alsaq deməliyik ki, İsrail tədricən əvvəlki radikal mövqeyini yumşalda bilər. Türkiyə və bəzi digər güclər sabitliyin təmin olunması üçün çalışmağa davam edəcək. Amma ABŞ savaşın dayanmasını istəmir. Müharibənin davam etməsi İsraili ABŞ-dən asılı vəziyyətdə saxlamaqla yanaşı, həm də Vaşinqtonun Tehrana təzyiq vasitəsidir. İkinci bir tərəfdən, Ağ Evin Yaxın Şərqdəki təsir imkanları güclənir. Odur ki, ABŞ döyüşlərin dayanmasına mane olmağa çalışır".   

Ekspert qeyd edir ki, İsrail müdafiə nazirinin səsləndirdiyi fikirlərə gəldikdə isə bu, qarşı tərəfi danışıqlara məcbur etmək üçün təhdiddir. Amma İsrailin sözün əsl mənasında HƏMAS-ı məhv etməsi o qədər də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. İdeologiyanı məhv etmək üçün isə onillikləri, bəzən yüz il lazım olur. Bu mənada Təl-Əviv məqsədinə tam çata bilməyəcək.  Yaxın Şərqdə hələlik sabitliyin tam təmin olunacağı gözlənilmir. Gərginlik böyük ehtimalla davam edəcək. 

Aysel Əkbər Son.az

Həccə gedən 75 min nəfər geri qaytarıldı like
  • 02 İyn 17:25  
Dünya Həccə gedən 75 min nəfər geri qaytarıldı

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi "icazəsiz Həcc"ə

arrow Ətraflı
Xalq artisti: "Qələt elədim 1 dəfə öpüşdüm" like
  • 02 İyn 17:19  
Şou-biznes Xalq artisti: "Qələt elədim 1 dəfə öpüşdüm"

Xalq artisti Firəngiz Mütəllimova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
"Etna" vulkanı püskürdü  Qırmızı siqnal verildi  VİDEO like
  • 02 İyn 17:10  
Dünya "Etna" vulkanı püskürdü Qırmızı siqnal verildi VİDEO

İtaliyanın Siciliya adasında yerləşən "Etna" dağı bu gün səh

arrow Ətraflı
İZ Community tərəfindən təşkil olunan "Squeeze the Moment" adlı 10cu yubiley yarmarkavorkşopu baş tutacaq like
  • 02 İyn 17:00  
Kriminal İZ Community tərəfindən təşkil olunan "Squeeze the Moment" adlı 10cu yubiley yarmarkavorkşopu baş tutacaq

5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda Rəna Nəcəfzad�

arrow Ətraflı
Rusiyada zavodda güclü partlayış like
  • 02 İyn 16:51  
Digərləri Rusiyada zavodda güclü partlayış

Rusiyanın Sankt-Peterburq şəhərində "Piqment" boya zavodunda güc

arrow Ətraflı
“CineMastercard” Uşaqların Beynəlxalq müdafiəsi gününə parlaq şənlik təşkil etdi  FOTO like
  • 02 İyn 16:45  
Şou-biznes “CineMastercard” Uşaqların Beynəlxalq müdafiəsi gününə parlaq şənlik təşkil etdi FOTO

Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir - Uşaqların müdafi�

arrow Ətraflı
Uşaq İncəsənət Məktəbinin konserti baş tutub  FOTO like
  • 02 İyn 16:40  
Kriminal Uşaq İncəsənət Məktəbinin konserti baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Bu şəxslərin “çörəkpulu” kəsiləcək? – AÇIQLAMA like
  • 02 İyn 16:31  
Digərləri Bu şəxslərin “çörəkpulu” kəsiləcək? – AÇIQLAMA

Bəzi media subyektləri "2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaş

arrow Ətraflı
İranın Azərbaycandakı yeni səfiri seçilib like
  • 02 İyn 16:22  
Digərləri İranın Azərbaycandakı yeni səfiri seçilib

İranın Azərbaycandakı yeni səfiri seçilib.

arrow Ətraflı
İstanbulda mühüm görüş başladı like
  • 02 İyn 16:14  
Dünya İstanbulda mühüm görüş başladı

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıql

arrow Ətraflı
AzərbaycanAvstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi like
  • 02 İyn 16:00  
Siyasət AzərbaycanAvstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye

arrow Ətraflı
Paşinyan generalı istefaya göndərdi like
  • 02 İyn 15:49  
Dünya Paşinyan generalı istefaya göndərdi

Ermənistan polis rəisi, daxili işlər nazirinin müavini Aram Ovannisyan tut

arrow Ətraflı