Yolda satılan bu məhsulu qəti yeməyin
Digərləri 31 May 2025 11:18:00 92 0
Baş toksikoloq: "Yol kənarlarında, ya bazarlarda satılan göbələklərin içində zəhərli növü ola bilər, bu da..."
Bu xəbəri də oxu: Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək Sabahın havası
Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib. M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.
Göbələyin zəhərli və öldürücü olması faktı çoxdan məlumdur. Lakin insanlar bu məhsulu hələ də gündəlik qida rasionuna əlavə edirlər. Əksəriyyət mağazalarda satılan göbələyə üstünlük verir, amma onların keyfiyyəti ilə bağlı hələ də narahatlıqlar var. Sadəcə, əsasən meşədən yığılmış və təmizlənməmiş göbələk zəhərli, insan həyatı üçün təhlükəli olur.
Bundan başqa, toy mərasimlərində süfrəyə göbələk gətirilir. Kim zəmanət verə bilər ki, şadlıq evləri bu göbələyin keyfiyyətindən xəbərdardır?
Qeyd edək ki, ötən il də Xaçmazda iki qadın göbələkdən zəhərlənib dünyasını dəyişib. Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. Həkimlər insanlara məsləhət görür ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin.
Bəs yeməli göbələklərin qida kimi faydası, üstünlüyü nədən ibarətdir, uşaqlara da vermək olarmı?
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövzu ilə bağlı "Yeni Müsavat" a fikrini bölüşüb: "Göbələk zəhərlənməsi ilə bağlı KTM-ə cəmi 6 nəfər müraciət edib. Onlar göbələyi marketdən almışdılar. Məlum olub ki, zəhərli göbələk növü olub. Yəni qida zəhərlənməsi kimi dəyərləndirilib, müayinə olunublar, məsləhət alıb evə gediblər. Ölüm hadisəsi olmayıb. Amma insanlar diqqətli olmalıdırlar. Əsasən də yol kənarlarında, ya bazarlarda göbələk aldıqda ehtiyatlı olmaq lazımdır. Ona görə ki, onların içində zəhərli göbələk ola bilər. Bu da ağır zəhərlənməyə səbəb ola bilər. Bazarlarda sanitar epidemioloji yoxlama aparılmalıdır ki, zəhərli növ satışa buraxılmasın".
Türkiyədə məhkəmə yanvar ayında Kartalkaya dağ-xizək kurortunda baş ve

"Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiy

"By_guniiii" ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaş

Rəşad Dağlı adı uzun illərdir təkcə meyxana məclislərində deyil, insa

ABŞ Prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun həyat yoldaşını

Astrologiya aləmində böyük silkələnmə! Ulduzlar bu dəfə bəzi bürclər

Müğənni Rəqsanə İsmayılovanın görüntüsü marağa səbəb olub.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət gös
