BMTnin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib
Siyasət 30 May 2025 23:22:00 83 0
BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun çıxışı yerləşdirilib.
Son.az report-a istinadən xəbər verir ki, mayın 29-da BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ-nin icraçı direktoru Abbas Abbasovun, habelə Fransanın müstəmləkə əsarəti atlında olan Dənizaşırı ərazilərindən olan nümayəndələrinin, o cümlədən BTQ-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Dekolonizasiya Cəbhəsinin üzvlərinin 4-cü sessiyadakı çıxışları yer alıb.
Bundan əlavə, BTQ-nin BMT-nin Nyu-Yorkdakı iqamətgahında bu il aprelin 15-də BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun (AŞDF) 4-cü illik sessiyası çərçivəsində "Dekolonizasiya: Sakit İnqilab" adlı beynəlxalq konfransın sonunda başladılmış "Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək" adlı petisiya da Forumun rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Forum BMT Baş Assambleyasının (BA) 2 avqust 2021-ci il tarixli A/RES/75/314 nömrəli qətnaməsi ilə yaradılıb.
Qətnamədə BMT BA-nın "Kolonializm, qulların alqı-satqısı və quldarlıq qurbanlarının, xüsusilə də Afrika diasporundakı Afrika əsilli şəxslərin, bərabərliyinə və insan ləyaqətinə hörmət edilməsi prinsiplərinə bağlılığı" qeyd edilir.
Forumun mandatında "Forumun BMT-nin digər orqanları və mexanizmləri ilə birgə Afrikalılar və Afrika əsilli şəxslərin məruz qaldığı quldarlığın, ticarətin və kolonializmin səbəb olduğu haqsızlıqların aradan qaldırılması üçün tədbirlər üzərində iş aparacaq" və "kolonializmin {...} fəsadlarını dayandırmaq, onları tanımaq {...} kimi məsələlərin həll edilməsi üçün təşəbbüslərin, imkanların, problemlərin və qabaqcıl təcrübələrin birgə öyrənilməsi, analizi və müəyyən edilməsinə yardım edən biliklərin tərtibatını təşviq" edəcək kimi məqamlar öz əksini tapıb.
Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) məsləhətçi orqanı olan Forumun ildə bir dəfə sessiyası növbəlik əsasda BMT-nin mərkəzi orqanlarında təşkil olunur. Forumun gördüyü işlər, onun təkliflərini və tövsiyələrini özündə əks etdirən məruzə ildə bir dəfə BMT BA və İHŞ-ya təqdim edilir.
Xatırladaq ki, quldarlıq təcrübəsindən geniş şəkildə istifadə etmiş Fransanın hazırda müstəmləkəçiliyi altında olan ərazilərin əksəriyyətini Afrika əsilli şəxslər təşkil edir.
Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dünyada dekolonizasiya prosesini təşviq edən və müstəmləkəçiliyə qarşı mübarizə aparan Bakı Təşəbbüs Qrupu müvafiq beynəlxalq mexanizmlərin yaratdığı imkanlardan yararlanaraq XXI əsrdə kolonializmin tam şəkildə ləğv etdirilməsi məsələsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa davam edir. Son.az
Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahan

Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsində yaşayan sakinlər uzun

"Dərd, fikirdən arıqlamışam. Üzdü məni. Problemlərim var. Ruhəngi

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəss

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları maraqlı açıqlamalar ver

"Az qala ölmüşdüm. Bir halda idim. Dedim ki, artıq bitdi".

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göst

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb

Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti �

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç Azərbaycan Respublikasın

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmi�
