Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq
Digərləri 29 May 2025 14:45:00 100 0
İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.
Bu xəbəri də oxu: Avtomobil yuyan kişi faciəli şəkildə ÖLDÜ
Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.
Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq. Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək. "Aqrar zona"da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar veriləcək. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə "Botanika zonası"nda tanış ola biləcək. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçiriləcək: şitillər gətiriləcək, dibçəklərdə bitki əkmək imkanı yaradılacaq.
Uşaqların heyvanlar aləminə marağını nəzərə alınaraq festivalda "Zoopark zonası" da yaradılacaq.
Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün "Qoğal" nağılı nümayiş etdiriləcək.
Daha bir yenilik - festivalda Bakı Dövlət Sirkinin iştirakıdır. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirəcək, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirəcək.
Festivalda "Art/Face Art" meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək. Festivalın yeniliklərindən daha biri - moda meydançasıdır. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edəcək, öz yaradıcılıqlarını nümayiş etdirəcək və müxtəlif dizayn ideyaları ilə tanış olacaqlar. Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçəcək. Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgilər əldə etmək "Azərkosmos" və "Planetarium" zonasında mümkün olacaq. Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün Təhlükəsiz yollar/Ralli zonası təşkil edəcək. Uşaqlara kiçik avtomobillərlə ralli təcrübəsi təqdim ediləcək. Həmin gün Mərkəzin parkında "Oxu zonası" da təşkil olunacaq, burada oxu saatı keçiriləcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda "Sağlam uşaqlar zonası" fəaliyyət göstərəcək. Burada uşaqların müayinəsi üçün kuponlar veriləcək, qeydiyyat aparılacaq. Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə "Estafet zonası"nda müxtəlif yarışlar və idman oyunları keçiriləcək, attraksionlar qurulacaq. "Badminton zonası"nda maraqlı yarışlar təşkil olunacaq.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların tam ixtiyarına verilərək.
Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.

Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

Yazın son ayları bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Kainat

Müğənni Qumral Musayeva maraqlı etiraf edib. Son.az xəbər verir ki, efi

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimo

Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul ed

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikası
