Xaricdə təhsil almaq istəyənlərin nəzərinə:
Dünya 28 May 2025 14:07:00 110 0
ABŞ Dövlət Departamenti xaricdə təhsil almaq üçün bu ölkəyə gəlməyi planlaşdıran tələbələrə dair viza görüşlərini müvəqqəti olaraq dayandırıb.
Bu xəbəri də oxu: Bu ölkə vətəndaşlarına ABŞdən çıxmağı tövsiyə etdi
Son.az xəbər verir ki, məlumata görə, bu qərar tələbələrin sosial media hesablarının ətraflı şəkildə yoxlanması prosesi ilə əlaqədardır.
ABŞ administrasiyası artıq tələbə vizasına müraciət edən bütün əcnəbi namizədlərdən sosial media fəaliyyəti ilə bağlı daha çox məlumat tələb etməyə başlayacaq. Respublikaçı siyasətçilərin təşəbbüsü ilə həyata keçirilən bu tədbir çərçivəsində səfirlik və konsulluqlara yeni viza görüşləri üçün tarixlərin verilməməsi tapşırılıb.
Qərarı Dövlət katibi Marko Rubio imzalayıb. Sənəddə tələbələrin sosial media hesablarında konkret nələrin yoxlanacağı barədə təfərrüatlar açıqlanmasa da, bu addımın "terrorçuluğa qarşı mübarizə və antisemitizmin qarşısını almaq" məqsədilə atıldığı bildirilir.
Yeni yanaşmaya görə, tələbələrin sosial media hesablarında antisemit məzmun, terror qruplarına dəstək və ya nifrət ritorikasına rast gəlinərsə, bu hal onların viza və immiqrasiya hüquqlarına birbaşa təsir göstərə bilər.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri təşkilatı da bir müddət öncə bəyan etmişdi ki, yəhudi icmasına qarşı yönəlmiş sosial media fəaliyyəti immiqrasiya prosesində mənfi amil kimi qiymətləndiriləcək. Bu səbəbdən bir sıra tələbələrin ABŞ-a girişinə icazə verilməməsi, hətta deportasiya olunması da gündəmdədir.
Yeni qaydaların nə vaxta qədər qüvvədə qalacağı və tələbə vizası müraciətlərinin nə zaman bərpa ediləcəyi isə hələlik açıqlanmayıb.
Fidan Son.az
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Azərbaycan P

Son.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezid

Astrologiyaya görə, 28 May 2025-ci ildə baş verəcək Ay-Yupiter birləşmə

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 28-də Laçında Azərbayc

"Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, b�

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının müzakirə edildi

Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkə

Türkiyə Prezidenti Recep Tayip Ərdoğan Temel Karamollaoğluna qarşı mən�

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

Rusiyalı alimlər Xəzər dənizinin şimal hissəsində su səviyyəsinin aşa

"Bu il Azərbaycan xalqı Şərqin ilk demokratik dövləti olan Azərbayca

Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri
