Dünənki qəbul imtahanlarının sualları niyə çətin salınıb? DİMdən cavab
Digərləri 26 May 2025 15:20:00 124 0
"Qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış qəbul proqramlarıdır".
Bu xəbəri də oxu: İstirahətə gedəndə bu rəng geyinməyin Gənə yapışa bilər
Son.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır:
"Dünən imtahandan dərhal sonra bütün tapşırıqlar və onların izahı, düzgün cavablar ictimaiyyətə təqdim olunub. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilib. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir.
Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Həmçinin imtahanın çətin olması isə nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər".
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanı seçmə və yerləşdirmə məqsədi ilə keçirilir:
"Bu prosesdə müxtəlif hazırlıq səviyyəsinə malik on minlərlə abituriyent iştirak edir. Məhz bu fərqlilikləri ortaya çıxarmaq və abituriyentlər arasında seçim edə bilmək üçün imtahanda mürəkkəblik dərəcəsi asan, orta və çətin tipli test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər həmişə ictimaiyyətə təqdim olunur. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur".
Qeyd edək ki, ötən gün II və III ixtisas qrupları üzrə qəbulun I cəhd imtahanları keçirilib. Sosial şəbəkələrdə müəllimlər, abituriyentlər tərəfindən aparılan müzakirələrdə əksəriyyət test tapşırıqlarının daha çətin olduğunu, tarix fənni üzrə sualların isə MİQ imtahanı səviyyəsində tərtib edildiyini bildiriblər.
Uzun müddətdir xərçəng müalicəsi alan tanınmış sənətçi İlhan Şeş

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25

25.05.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Y

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

Astroloq Dinçer Güner may ayının son həftəsi üçün xüsusi proqnozlar ve

Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının səd

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2

Xəbər verildiyi kimi, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin

Rejissor Ümid Amin: "Azərbaycan kinosunda durğunluq var - ciddi islahatlara e

Aktrisa Şerif Sezer avtomobil qəzasına düşüb.

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

"Xanım ifaçılar gecə saat 3 də gəlib, özlərini çox pis aparıblar"

Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 27-də bütün müavinət,

Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq.
