Hansı ayda məzuniyyətə çıxmaq sərfəlidir? AÇIQLAMA
Digərləri 26 May 2025 11:37:03 90 0
Əmək Məcəlləsinin tələblərinə əsasən, işçilərə məzuniyyət və ezamiyyət dövründə ödənilən əməkhaqqı orta əməkhaqqı prinsipi ilə hesablanır. Amma orta əməkhaqqının hesablanması qaydası işçinin faktiki aylıq qazancı ilə müqayisədə müəyyən fərqliliklər yarada bilər. Bu isə bir sıra hallarda əməkhaqqının azalmasına və ya artmasına səbəb olur.
Bu xəbəri də oxu: Marketdə partlayış:
Bəs məzuniyyət haqqı necə hesablanır?
Son.az xəbər verir ki, məsələ ilə bağlı əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilovun sözlərinə görə, işçilər məzuniyyət planlaşdırarkən təkcə istirahət tarixlərini deyil, həmçinin əvvəlki aylardakı qazanc dinamikasını və məzuniyyətə çıxılacaq ayın istehsalat təqvimini də nəzərə almalıdırlar. Çünki orta əməkhaqqının məbləği məhz bu faktorların vəhdətindən formalaşır:
"Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyətə çıxan işçiyə ödəniləcək məbləğ onun məzuniyyət ayından əvvəlki 12 təqvim ayı üzrə qazandığı əməkhaqqının orta aylıq göstəricisinə əsasən müəyyən edilir. Bu göstərici 12 aylıq ümumi qazancın əvvəlcə 12-yə, daha sonra isə 30,4 günə bölünməsi ilə tapılır. Alınan nəticə bir təqvim günü üçün hesablanan əməkhaqqıdır və bu rəqəm məzuniyyət günlərinin sayına vurularaq ümumi məbləğ formalaşır.
Lakin buradakı incəlik odur ki, əgər işçi son aylarda yüksək əməkhaqqı alıbsa, amma əvvəlki dövrdə qazancı daha aşağı olubsa, bu zaman orta əməkhaqqı real qazancdan az olacaq. Eyni şəkildə, əvvəllər yüksək gəlir əldə etmiş, lakin sonradan əməkhaqqısı azalmış işçi üçün orta əməkhaqqı daha sərfəli ola bilər".Ekspert qeyd edir ki, ikinci əsas amil isə məzuniyyətin hansı ayda götürüldüyüdür. Məlumdur ki, əməkhaqqı iş günlərinə, məzuniyyət haqqı isə təqvim günlərinə görə hesablanır. Bu isə o deməkdir ki, iş günü az olan aylarda bir iş gününə düşən əməkhaqqı daha yüksək olur. Belə hallarda işçi iş yerində olsa, daha çox qazana bilərdi. Amma o, həmin ayda məzuniyyətdə olduğu üçün bu yüksək gündəlik qazancı əldən verir və əvəzində daha sabit (orta) məbləğ alır:
"Məsələn, 1.500 manat əməkhaqqı alan bir işçi üçün mart ayında (15 iş günü) bir iş günü 100 manata bərabər olduğu halda, avqustda (22 iş günü) bu göstərici 68.18 manat olur. Əgər işçi martda məzuniyyət götürürsə, faktiki qazancı 1.545 manat civarında, avqustda isə 1.504 manata yaxın olur".Tanınmış sosial media fenomeni Danla Biliç gündəmdən düşməyən estetik

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli

Son dövrlər bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şər

Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız ol

Vergi Məcəlləsinə əsasən, vətəndaşlar mülkiyyətində olan daşınmaz

Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çək

Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəy

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra ş�

İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlma

Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfi

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması

May ayı bürclər üçün yeni imkanlar və sevinc dolu anlar gətirir.

Prezident İlham Əliyev "İslamofobiya: qərəzin ifşa olunması və stiq
