Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir FOTO


Digərləri 25 May 2025 16:55:00 83 0

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir  FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada "Xarıbülbül" VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib.

Son.az xəbər verir ki, Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman zabitlərimizin, əsgərlərimizin fədakarlığı, şəhidlərimizin axan qanı sayəsində Şuşada növbəti dəfə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının keçirildiyini deyib. O, bu əlamətdar günün son dərəcə önəmli və qürurverici olduğunu qeyd edib.

"İşğaldan azad olunmuş torpaqlarda Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetinin bu festivalda ilk dəfə iştirak etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün muğamımız, milli musiqimiz hər festivalın səhnəsində tamam fərqli səslənir", - deyə rektor diqqətə çatdırıb.

Qarabağ Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və Qarabağın mədəni dirçəlişində fəal rol oynamasının universitetin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb.

"Otuz ildən sonra doğma Qarabağımıza qayıdaraq təhsil, mədəniyyət, memarlıq və digər istiqamətlərdə yenidənqurma işləri aparırıq. Gələcəkdə də bu istiqamətdə iştirakın genişləndirilməsi üçün universitet tərəfindən yeni layihələr planlaşdırılır", - deyə G.Qasımzadə vurğulayıb.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli li təhsil ocağının cəmi bir il ərzində möhtəşəm yekun konsertlə "Xarıbülbül" Festivalında çıxış etdiyini bildirərək deyib: "Festivalın rəsmi proqramında yer almaq tariximizin önəmli bir hissəsinə çevrilmək demək idi. Mükəmməl inzibati və pedaqoji heyət, eləcə də tələbə komandası ilə bir ailə kimi ilk addımlarımızı atmış, növbəti böyük hədəflərə doğru istiqamətlənmişik".

Qeyd edək ki, bu cür festivallar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirir, onların tariximizi, mədəni irsimizi daha dərindən mənimsəməsinə və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməsinə şərait yaradır. Eyni zamanda, yaradıcı gənclərin öz bacarıq və ideyalarını nümayiş etdirməsi, milli sənət ənənələrini yeni baxışlarla təqdim etməsi üçün mühüm platforma rolunu oynayır.

Azərbaycanlı alim vəfat etdi like
  • 25 May 16:48  
Digərləri Azərbaycanlı alim vəfat etdi

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mər

arrow Ətraflı
“Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir”  ŞƏRH like
  • 25 May 16:26  
Siyasət “Azərbaycanın Ukraynaya verdiyi dəstək beynəlxalq nüfuzunun göstəricisidir” ŞƏRH

Elxan Şahinoğlu: Azərbaycanın Ukraynaya dəstəyi beynəlxalq nüfuzunun gö

arrow Ətraflı
Telefon, “ağıllı” saat...  İmtahandan çıxarılanlar like
  • 25 May 16:09  
Digərləri Telefon, “ağıllı” saat... İmtahandan çıxarılanlar

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları �

arrow Ətraflı
Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir  ABŞ like
  • 25 May 15:56  
Dünya Rusiyanın Ukraynadakı hərbi gücü tükənmək üzrədir ABŞ

ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hes

arrow Ətraflı
Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq? like
  • 25 May 15:38  
Digərləri Qəbul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokoll

arrow Ətraflı
Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur" like
  • 25 May 15:10  
Şou-biznes Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur"

"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq

arrow Ətraflı
Pəncərə kənarında əyləşməyə görə əlavə pul?  RƏSMİ like
  • 25 May 14:36  
Digərləri Pəncərə kənarında əyləşməyə görə əlavə pul? RƏSMİ

Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşmə

arrow Ətraflı
Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik  Ukrayna XİN like
  • 25 May 14:03  
Siyasət Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik Ukrayna XİN

Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik.

arrow Ətraflı
Tiflisin mərkəzində ATIŞMA like
  • 25 May 13:53  
Digərləri Tiflisin mərkəzində ATIŞMA

Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sür

arrow Ətraflı
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir  Ceyhun Bayramov like
  • 25 May 13:39  
Siyasət Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir Ceyhun Bayramov

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır və də

arrow Ətraflı
Bakıda güclü yanğın like
  • 25 May 13:20  
Digərləri Bakıda güclü yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

arrow Ətraflı
Zelenski Prezident İlham Əliyevi təbrik edib like
  • 25 May 13:11  
Siyasət Zelenski Prezident İlham Əliyevi təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə t�

arrow Ətraflı
Piylənmə və diabetin hansı xəstəliyin gizli nəticələri olduğu bilindi like
  • 25 May 13:03  
Digərləri Piylənmə və diabetin hansı xəstəliyin gizli nəticələri olduğu bilindi

Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə

arrow Ətraflı
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi"  Aydın Xırdalanlının anası like
  • 25 May 12:53  
Şou-biznes "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" Aydın Xırdalanlının anası

"Aydın depressiyaya düşən vaxtlarda Mehman Əhmədli, Rəşad Dağlı o

arrow Ətraflı