FHNdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
Digərləri 23 May 2025 18:06:00 59 0
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu xəbəri də oxu: Mirasa şərik olanların NƏZƏRİNƏ: Yeni qayda qəbul edilir
Son.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir:
"Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur".
Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi �

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi ə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

Əməkdar artist Dilarə Əliyeva İzzət Bağırovla bağlı yol əhvalatını

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamand

Sabah bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiy

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Birləşmiş

Ermənistan rəhbərliyinin sülh mesajları, sülh müqaviləsi ilə bağlı b�

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son açıqlamaları bir daha

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasın

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerl�
