"Əlimyandı" adı ilə satışa çıxan ucuz maşınlar Rəqəm oyunu


Digərləri 23 May 2025 11:12:00 82 0

"Əlimyandı" adı ilə satışa çıxan ucuz maşınlar  Rəqəm oyunu

Avtomobil qiymətləri aşkar şəkildə manipulyasiya edilir. Redaksiyamıza daxil olan şikayət də bunu deməyə əsas verir. Adını açıqlamaq istəməyən şəxs bildirib ki, sosial şəbəkələrdə "əlimyandı", "cekpot" adı ilə həddindən artıq ucuz qiymətə təqdim olunan elanlar başdan ayağa saxtakarlıqdır.

"Ucuz qiymətə BMW modelləri satışa çıxarmışdılar, salona getdim, dedilər "satılıb, başqa modellərimiz var", elan isə avtomobil alqı-satqı saytında baha qiymətə qalırdı, maşının sahibi də deyir ki, maşın satılmayıb ancaq oradakı qiymətə deyil. Bu artıq ikinci dəfədir baş verir. Həmçinin digər alıcılar da deyir ki, bu kimi elanlara aldanıb zəng edirsən ya zəngə cavab verilmir, ya da deyilir ki, satılıb", - şikayətçi Son.az-a müraciətində qeyd edib.

Kiçik araşdırma nəticəsində məlum olub ki, deyilənlərdə yalan payı yoxdur. Belə ki, bu kimi elanların məqsədi alıcını salona cəlb etmək, qiymətləri manipulyasiya etməkdir. Onlar qiyməti bu dərəcədə salaraq avtomobil sahiblərindən maşınları ucuz qiymətə alaraq özləri sonradan daha yuxarı qiymətə satmağa çalışırlar. Bu kimi hallar Türkiyədə də yaşanıb. Saxta elanlarla qiymətləri manipulyasiya edən şəxslər bir müddət sonra polis tərəfindən saxlanılaraq həbs edilib.

Ekspertlər xəbərdarlıq edir ki, ikinci əl avtomobil alarkən xüsusilə diqqətli olmaq lazımdır. Ucuz qiymətə aldanaraq qaranlıqda və ya tələsik şəkildə maşın almaq alıcını ciddi maddi ziyana sala bilər. Bəzi avtomobillərin detalları ya çox bahadır, ya da ümumiyyətlə tapılmır. Bu səbəbdən alıcılar qiymət deyil, maşının texniki vəziyyətinə əsasən qərar verməlidir.

İslam Son.az

Onları görənlər "əriyir"  Ən xarizmatik üç bürc like
  • 23 May 11:00  
Digərləri Onları görənlər "əriyir" Ən xarizmatik üç bürc

Astroloqlar ən xarizmatik 3 bürcü açıqlayıb.

arrow Ətraflı
Prezident İlham Əliyev TDTnin daxili işlər nazirlərini qəbul edib  FOTO like
  • 23 May 10:58  
Siyasət Prezident İlham Əliyev TDTnin daxili işlər nazirlərini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Döv

arrow Ətraflı
Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar? like
  • 23 May 10:41  
Digərləri Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz ox�

arrow Ətraflı
Bakıda yaşlı kişi qəzaya səbəb oldu  Özü isə ölümdən son anda xilas oldu like
  • 23 May 10:33  
Digərləri Bakıda yaşlı kişi qəzaya səbəb oldu Özü isə ölümdən son anda xilas oldu

"Yol-nəqliyyat hadisələrinin baş verməməsi həm sürücülərdən, h�

arrow Ətraflı
"BYD" "Tesla"nı çökdürür like
  • 23 May 10:25  
Digərləri "BYD" "Tesla"nı çökdürür

Çinin "BYD" şirkəti aprel ayında Avropada 7 min 231 elektrikli ma

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub” like
  • 23 May 10:20  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”

"Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarı

arrow Ətraflı
Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq like
  • 23 May 10:19  
Digərləri Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

İyun 2025-ci ilə qədər olan dövrdə bürclər arasında həyatını dəyiş

arrow Ətraflı
Bu rayonunun bir hissəsində qaz olmayacaq like
  • 23 May 10:10  
Digərləri Bu rayonunun bir hissəsində qaz olmayacaq

Ordubad rayonunun bir hissəsində qaz olmayacaq.

arrow Ətraflı
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT  Oğul atasını süfrə arxasında öldürdü like
  • 23 May 10:07  
Digərləri Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT Oğul atasını süfrə arxasında öldürdü

Xaçmaz rayonunda atası Hacıkərim Nəmətovu öldürməkdə təqsirli bilinə

arrow Ətraflı
Bakıda salınacaq bulvar ərazisindən GÖRÜNTÜLƏR like
  • 23 May 09:50  
Digərləri Bakıda salınacaq bulvar ərazisindən GÖRÜNTÜLƏR

Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli ş�

arrow Ətraflı
11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU like
  • 23 May 09:41  
Digərləri 11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Azərbaycanda beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı, iri narkoti

arrow Ətraflı
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı like
  • 23 May 08:57  
Digərləri Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı

Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəb�

arrow Ətraflı