Stomatoloqların DİQQƏTİNƏ: Pul qalmaqalına TƏBİBdən CAVAB
Digərləri 22 May 2025 23:51:00 77 0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara yeni bir tələb irəli sürülüb.
Bu xəbəri də oxu: Nazirlər Kabineti Aİ92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ
Son.az xəbər verir ki, paytaxt Bakıda stomatoloqlardan hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul vəsaiti tələb olunur. Bu qeyri-rəsmi tələb stomatoloqların ciddi narazılığına səbəb olub.
Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılmışdır:
"Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılmışdır. Ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilmişdir.
Qeyd edirik ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. Say etibarilə 149 sayda tibbi xidmət olub, tarifləri "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən TƏBİB-in Müşahidə Şurasının "TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında" 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli Qərarı ilə təsdiqlənmişdir.
Hazırda tərəfimizdən təhlillərin məqsədi stomatoloji xidmətlərin daha keyfiyyətli təşkili, ədalətli resurs bölüşdürülməsi və tibbi infrastrukturun dayanıqlı maliyyələşdirilməsi yollarını araşdırmaqdır.
Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlə

Aşıq Zülfiyyə İbadova "Rəngarəng" verilişində qonaq olub.

Xalq Yazıçısı Çingiz Abdullayev detektiv əsərləri ilə tanınır. Yazı�

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) v�

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi bü

Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Doğum sancısının gəlməsinə baxmayaraq WRGB xəbər aparıcısı Olivia

20:29 Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünya

Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin te

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keç
