Prezident: Azərbaycan və Türkiyənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır
Siyasət 21 May 2025 11:25:00 57 0
Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.
Bu xəbəri də oxu: Prezident Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyrirəsmi iclasında iştirak edir
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
"Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır", - deyə müraciətdə bildirilib.
Dövlətimizin başçısı qeyd edib ki, Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə

Prezident İlham Əliyev "Qərbi Azərbaycana qayıdış insan hüquqların

Axır ki, bu gün oğlumun qatili edam edildi, cəhənnəmə vasil oldu.

Satışda kərə yağı adı ilə təklif olunan məhsulların əksəriyyətinin

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300,

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

"Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr m�

Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə

Tezliklə həyatlarının gedişatını tamamilə dəyişəcək bürclər barəd

Son.az Trend-ə istinadən bildirir ki, bu gün səhər Tehranda Azərbaycan�

Xəbər verdiyimiz kimi, ötən gün Sabirabadda yeniyetmə qız qətlə yeti

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaran

Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən tanınmış iş adam
