Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları


Digərləri 21 May 2025 04:04:00 57 0

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları

Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır. Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşan qadınların bir qismi çıxış yolunu abortda görür. Təəssüf ki, bu zaman bəziləri qeyri-peşəkar üsullara əl ataraq öz sağlamlıqlarını və həyatlarını riskə atırlar. Ən narahatedici məqam isə bəzi hallarda abortun sosial və mədəni təzyiqlər, xüsusilə də dölün cinsiyyəti ilə bağlı qərarlarla əlaqəli olmasıdır. 

Son.az xəbər verir ki, hamiləliyi özbaşına sonlandırmaq cəhdləri bəzi qadınlar üçün faciəvi sonluqla nəticələnir. İstər arzuolunmaz hamiləlik, istərsə də dölün qız olması kimi səbəblərdən abort ilk seçimə çevrilir. Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyanın ön sıralarında yer alır. Bu acı statistika təkcə rəqəmlərlə deyil, həm də qadın həyatı və sağlamlığı baxımından dərin narahatlıq doğurur.

Ginekoloq Fidan Əliyeva qeyd edir ki, bu cür dərmanların apteklərdə reseptsiz satılması qanunla qadağandır və onların nəzarətsiz istifadəsi ölümcül nəticələr doğura bilər:

"Qadınlar hamilə olduqlarından şübhələndikləri an, heç bir həkim məsləhəti olmadan apteklərə müraciət edirlər. Bəzi hallarda bu üsul nəticə verir, lakin çox zaman ağır qanaxmalar və həyati təhlükə ilə nəticələnir. Elə hallar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb," - deyə F. Əliyeva vurğulayır.

Digər ginekoloq Leyla Sadıqlı isə bildirir ki, qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar "gecikmiş abort" hesab olunur və qadının sağlamlığı üçün ciddi təhlükələr yaradır.

"Çox təəssüf ki, bəzi qadınlar dölün cinsiyyəti məlum olduqdan sonra - yəni hamiləliyin 12-ci həftəsində - abort qərarı verirlər. Xüsusilə qız uşağına hamilə olduqda bu cür müraciətlər artır. Ancaq bu gecikmiş abortlar zamanı infeksiya, uşaqlıq boşluğunun zədələnməsi, ciddi qanaxma və ikincili sonsuzluq kimi ağırlaşmalar müşahidə olunur," - deyə həkim xəbərdarlıq edir.

Mütəxəssislər düşünürlər ki, abortun bu qədər yayılmasının əsas səbəbi hamiləlikdən qorunma vasitələri ilə bağlı maarifləndirmənin az olmasıdır. Hamiləlikdən qorunmaq üçün ən geniş yayılan üsullardan biri spiral olsa da, dərialtı implantlar və ya hormonal həblər də effektiv üsullar sırasındadır. Təəssüf ki, bu metodlardan istifadə etməyən qadınlar daha tez-tez arzuolunmaz hamiləliklə qarşılaşır və nəticədə aborta üz tuturlar.

Abort yalnız bir tibbi müdaxilə deyil, qadının gələcək sağlamlığına təsir edən, psixoloji və sosial nəticələri olan ciddi bir qərardır. Bəzi hallarda qadınlar abortun fəsadlarını dərhal hiss etmirlər. Fəsadlar bir neçə həftə, ay və ya illər sonra ortaya çıxa bilər.

Həkimlər və mütəxəssislər deyir ki, abort son çarə deyil. Ailə planlaması, qorunma üsullarının düzgün istifadəsi və cəmiyyətin bu məsələdə maariflənməsi abort göstəricilərinin azalmasına səbəb ola bilər.

Asya Son.az

Bu üsulla dərhal yuxuya gedəcəksiniz  Yuxu probleminə SON like
  • 21 May 03:03  
Digərləri Bu üsulla dərhal yuxuya gedəcəksiniz Yuxu probleminə SON

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək

arrow Ətraflı
Süni intellektin əvəz edə bilməyəcəyi 3 peşə  Gələcəyin sahələri like
  • 21 May 02:02  
Digərləri Süni intellektin əvəz edə bilməyəcəyi 3 peşə Gələcəyin sahələri

Texnologiya nəhəngi "Microsoft"un həmtəsisçisi Bill Gates süni i

arrow Ətraflı
Xanımların DİQQƏTİNƏ: Keçən ilin günəş kremi bu gün sizi qorumaya bilər like
  • 21 May 01:01  
Digərləri Xanımların DİQQƏTİNƏ: Keçən ilin günəş kremi bu gün sizi qorumaya bilər

Günəş kremi dəri sağlamlığını qorumaq və günəşin zərərli UV şüa

arrow Ətraflı
Marsla bağlı daha bir fakt bilindi like
  • 21 May 00:49  
Digərləri Marsla bağlı daha bir fakt bilindi

Mars səthində onilliklərdir müşahidə edilən və suyun varlığına işar�

arrow Ətraflı
İstanbulda zəlzələ oldu like
  • 21 May 00:42  
Digərləri İstanbulda zəlzələ oldu

İstanbulda 4.2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Trampın sevimli yeməyi bu imiş like
  • 21 May 00:31  
Dünya Trampın sevimli yeməyi bu imiş

Ağ Evdə keçirilən mətbuat brifinqində uşaqlar jurnalistləri əvəz edibl

arrow Ətraflı
Günün qoroskopu: Enerji yüksəkdir like
  • 21 May 00:01  
Digərləri Günün qoroskopu: Enerji yüksəkdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Şəbnəmin atası ilə bağlı üzücü xəbər like
  • 20 May 23:46  
Şou-biznes Şəbnəmin atası ilə bağlı üzücü xəbər

Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.

arrow Ətraflı
Bakıda məşhur restoranda yanğın like
  • 20 May 23:40  
Digərləri Bakıda məşhur restoranda yanğın

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Louvre Plaza

arrow Ətraflı
"20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır" like
  • 20 May 23:29  
Digərləri "20 min manata ikinci əl yox, yeni Çin avtomobili alınır"

"İkinci əl avtomobil bazarında durğunluq günü-gündən artır".

arrow Ətraflı
Etibarnamə ilə maşın alanlar mütləq izləsin like
  • 20 May 22:54  
Digərləri Etibarnamə ilə maşın alanlar mütləq izləsin

Etibarnamə ilə aldığı avtomobil üzrəində həbs olduğu üçün cərimə

arrow Ətraflı
Otaq güllərinin dibinə sarımsaq qoyun – Nəticə inanılmazdır like
  • 20 May 22:40  
Digərləri Otaq güllərinin dibinə sarımsaq qoyun – Nəticə inanılmazdır

Bir çox evdar qadınların evdəki otaq güllərinin dibinə sarımsaq basdırd

arrow Ətraflı
4 uşaq anası ərini telefonla oynadığı yerdə bıçaqladı  Aynur Sakiti xəyanət edərkən tutubmuş like
  • 20 May 22:29  
Kriminal 4 uşaq anası ərini telefonla oynadığı yerdə bıçaqladı Aynur Sakiti xəyanət edərkən tutubmuş

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə

arrow Ətraflı